Страницы

07.03.2021

Gəlin özümüzü kiçiltməyək: Azərbaycan yoxsa, Türkiyə də yoxdu

Hüsamə Bin Sərxan

Nədən ailəsini belə doğru-dürüst idarə edə bilməyən sultanların həyatı türk toplumları üçün nümunə olmalıdı?

Hörmətli Rəcəb Ərdoğan türk sultanlarının həyat və dünyagörüşlərindən bəhrələnərək, özü və ətrafı üçün mütəmadi olaraq düşünülmüş sistemli problemlər yaradan bəsit siyasət adamıdı.
Problemləri özü yaratdığından, cavab tədbirlərini də əvvəlcədən fikirləşir.
Əslində savadsız, lom türk cəmiyyətini aldadan da budu.
Amma gah Məlik şah, gah Ərtoğrul, gah ibni Ərabi, gah sultan Süleyman, gah sultan Yavuz, gah sultan Bəyazid, gah sultan Həmid və sair (bunlarda o qədər sultan və mənasız müqəddəslər var ki, gündə birinə oxşasan 50 il nağıllar aləmində yaşamağa bəs edər) olmaqla ölkə idarə edilməz ki!
Bu gün Türkiyə Cümhuriyyəti 83 milyonluq nüfuza sahibdir. Bunun kürdü var, ələvisi var, cümhuriyyətçisi var, Dövlət Baxçalı kimi başını itirmiş milliyətçisi var, nə bilim tərəfsizi, hətta dinsizi var...
Nağılla dövlət idarə olunmaz.
Hörmətli Rəcəb Ərdoğan sadəcə mütaliəçidi. Heç bir sultanın həyatını və fəaliyyətini sona qədər oxumayan mütaliəçi.
Tək bir sultan nümunəsi təqdim edin mənə ki, ideal həyatı olsun. Həyatı xoşbəxt sonluqla başa çatsın. Ailə daxili bədbəxtçiliklərdən uzaq olsun.
Bu sualın cavabın heç fikirləşmədinizmi?
Ailəsini doğru-dürüst idarə edə bilməyən sultanların həyatı, nədən türk millət və toplumları üçün nümunə olmalıdı?
And olsun Ömərə və Müaviyyəyə, yəni Ərdoğanın mənəvi liderlərinə,- hüquq və məhkəmə sistemiylə bağlı islahatların da müəllifi o yox, Azərbaycan Prezidenti İlham Əliyevdir!
Dünənə qədər ölkəni Ömərin və Müaviyyənin "şəriət qanunları" ilə idarə edən bir cümhurbaşqanın bədahətən bəşəri dəyərlərə, beynəlxalq hüquq normalarına qayıdışı səbəbsiz deyildir.
Və bu hüzür məclislərində Ərdoğanın əmvatına dua etdirən, salavat çevirtdirən arvad və kişilərə üz tutub deməkdə fayda vardır ki, mənim Millətim, mənim Dövlətim, mənim Prezidentim daha güclüdür, və əgər "bir manatlıq" salavat və dua lazımdırsa, mənim Dövlətimə, Millətimə, Prezidentimə yönəlməlidir.
Gəlin özümüzü kiçiltməyək.
Azərbaycan yoxsa, Türkiyə də yoxdu.
Bizim çox əzəmətli və ağıllı Dövlət Rəhbərimiz var.
Bu elə bir əzəmət və ağıldır ki, bütün Türk dünyasın idarə etməyə yetər.
Yaşasın Azərbaycan Xalqı!
Yaşasın Azərbaycan Prezidenti!
Yetər, özümüzü türk nağıl və seriallarının "qəhrəmanlarına" oxşatmayaq!

Комментариев нет:

Отправить комментарий