Страницы

30.03.2021

Əmmar Əl-Musəvi: Suriyadakı hərbi uğurları Rusiya və Hizbullah qüvvələri birlikdə qazandı

Livanın Hizbullah hərəkatının Xarici Əlaqələr Departamentinin rəhbəri Əmmar Əl-Musəvi, Hizbullahı qara siyahıya salan bir çox dövlətin daha sonra gizli şəkildə onlarla əlaqə qurmağa çalışdığını açıqlayıb.
deyerler.org xəbər verir ki, Rusiyaya səfəri ilə bağlı Əl-Mənar televiziyasına açıqlamalar verən Əmmar Əl-Musəvi, Moskvadakı Rusiya rəsmiləri ilə görüşlərinin müsbət və konstruktiv olduğunu söyləyib.
Əmmar Əl-Musəvi Rusiyanın Hizbullahın Suriyadakı fəaliyyətlərinə neqativ baxdığına dair iddiaları təkzib edib: “İddialar əsaslı deyil. Hizbullah, hətta Rusiyanın Suriyadakı Hmeymim hərbi bazasından istifadə edir”.
Hizbullahın beynəlxalq mühasirəyə alınması iddialarının həqiqəti əks etdirmədiyini bildirən Əl-Musəvi, Rusiya ilə ünsiyyət və əməkdaşlığın 2010-cu ildən əvvələ söykəndiyini söyləyərək belə deyib: “Rusiyanın Hizbullahla Suriyada dövlətin süqut etməsinin qarşısını almaqdakı müvəffəqiyyəti tarixdə yerini alacaq”.
Hizbullah heyətinin Rusiyadan gələn bir dəvətlə Moskvaya getdiyini söyləyən Əl-Musəvi, “həqiqi dostlar və tərəfdaşlar” kimi xarakterizə etdiyi Rusiya səlahiyyətliləri ilə daha çox məsləhətləşməyə ehtiyacı olan prosesləri müzakirə etdiklərini söyləyib.
Proqramın aparıcısı “Rusiyanın Türkiyə və Körfəz ölkələri ilə açılımlarından sonra Hizbullahı Suriyadan çıxaracağı təhlillər və iddialar ortaya atıldı. Ruslar Hizbullahın Suriyadan çıxması üçün nümayəndə heyətini Moskvaya çağırdılar?” sualına isə Əl-Musəvi belə cavab verib: “Beyrutdan səfərə getməzdən əvvəl bir çox şərhlər eşitdik. Hizbullah ilə Rusiya arasındakı əlaqələri kəsmək səfəri deyənlər də tapıldı, amma bunun reallıqla heç bir əlaqəsi yoxdur. Müzakirə olunan bir çox mövzu arasında Suriya mövzusunda da danışdıq. Suriya ilə bağlı 90% konsensus var. Tərəfdaşlarımızla əməkdaşlıq edərək, yolumuza davam edəcəyik. Rusiyanın Suriyadakı əsas hərbi qərargahı olan Hmeymim bazasında olduğumuzu hər kəs bilir, bu gizli deyil”.
İki tərəf arasındakı strateji koordinasiyaya işarə edən Əl-Musəvi, belə deyib: “Suriyadakı hərbi uğurları Rusiya və Hizbullah qüvvələri birlikdə qazandı”.
Əmmar Əl-Musəvi daha sonra belə danışıb: “Hizbullahı qara siyahıya alan bir çox hökumət daha sonra gizli şəkildə əlaqə qurmağa çalışdı. Hizbullah heç bir formada regional və beynəlxalq səviyyədə təcrid edilə bilməz. Hollandiya və Böyük Britaniyadan başqa Aİ ölkələrinin əksəriyyəti, eləcə də bəzi Körfəz ölkələri yaxalarını ABŞ-ın təzyiqindən qurtarmaq üçün Hizbullahla gizli şəkildə əlaqə qurdular. Hətta Türkiyə ilə əlaqələrimiz heç bir halda kəsilməyib”.

Комментариев нет:

Отправить комментарий