Страницы

24.03.2021

Provokatorların fitnəsinə gedənlər

Cəmil Şirvanov

Facebook ötən il burada yazdıqlarımla bağlı xatırlatmalar edir. Oxuduqca ötən ilin bu vaxtı harada olduğumu, kimlərdən nə eşitdiyimi, ümumiyyətlə nələrə şahid olduğumu xatırlayıram.
Talışlarla bağlı maraqlı 2 fakt yadıma düşür. Birincisi odur ki, sadə talış camaatının bir hissəsi və bəzi provokatorlar elə hesab edirdilər ki, potensial koronavirus daşıyıcılarının Lənkəran otellərində yerləşdirilməsi, xəstələrin Astarada, Cəlilabadda, Masallıda karantin şəraitində müalicə edilməsi hökumətin talışlara qarşı apardığı xüsusi siyasətdir ki, məqsəd talışlar arasında yoluxmanı çoxaltmaqla onları qırmaqdlr. İkinci maraqlı fakt o idi ki, sadə camaatın əksəriyyətində belə bir inam var idi ki, hökumət karantin tətbiq etməklə Mübariz Mənsimovun həbsinə etiraz edəcək kütlələrin qarşısını almaq istəyir. Mübariz Mənsimov həbsdən çıxana qədər bu belə olacaq. İmkan verməyəcəklər camaat onu müdafiə üçün ayağa qalxsın. 
Üstündən 1 il keçib. Hələ bu azmış kimi o günlərdə Lənkəranda idim, ümumi tanışımızın sayəsində və iştirakı ilə lənkəranlı bir nəfərlə 10 dəqiqəlik görüşəsi oldum. Hələ də lənkəranlılarıların nağıllar aləmində yaşadığını gördüm. Bilirsiz nə deyirdi? Təqribən belə: “Qaqa, Mübariz türmədən çıxan kimi bütün SOCAR zapravkaları 3 gün bağlandiyeee. Həə. Özüm ölüm! Səəən xəbərin yox idi? Çıxan kimi 3 gün bağlandi. SOCAR-ı Mübarizə verəcəylər. Yaxın günlərdə gələcəy Bakiyə”.
Üstündən bir il keçdi. Məlum oldu ki, hökumətin məqsədi heç də talışları koronavirusa yoluxdurub öldürmək deyilmiş. Sadəcə o zaman bəzi provokatorların fitnəsinə gedən və nə dediyini bilməyən talışlar var idi. 
Üstündən bir il keçdi, Mübariz Mənsimov azadlığa-zada çıxmadı, ev dustağıdır. Yəni məhkəmə hökmü ilə təqsirli bilindi. Evindən salam göndərəndə və dəstəyə görə təşəkkür edəndə onu alovlu müdafiə edən yerliləri olan talışlarına quru salam da göndərmədi. 
Çox fikirləşirəm ki, görəsən talışın belə geridə qalmasına səbəb nədir? “Öz ağılsızlığı” cavabından başqa heç nə gəlmir ağlıma.

Комментариев нет:

Отправить комментарий