Страницы

30.04.2021

Qırğız və taciklərin KTMT daxilində müharibəsi kimə sərfəlidir və bu barədə sosial şəbəkələrdə nə yazırlar


Dmitri Rodionov

Niyə NATO bu konfliktə sevinir və Avrasiya xalqları arasındakı müharibələrin bəhrələrini kim götürür?

Tacik-qırğız sərhədində toquşma nəticəsində hər iki tərəfdən 13 nəfər həlak oldu. Hər iki tərəfin bir-birini günahlandırmasına baxmayaraq, atəşkəs barədə razılaşma əldə olundu. Böyük faciənin qarşısı alındı.
Sərhədin uzunluğu 980 kilometrdir ki, indiyədək bunun cəmi 580 kilometri müəyyənləşdirilib və qarşılıqlı şəkildə tanınıb. Yəni üçdə birindən də çoxu hələ də delimitasiya olunmayıb, tərəflər heç cür razılaşa bilmirlər. Danışıqlar 20 ildir ki gedir, SSRİ-nin dağılmasından isə 30 il ötür!
Məhz SSRİ-nin dağılması postsovet məkanına çoxlu sayda, o cümlədən territorial problemlər miras saxladı. 20-ci əsrin 20-ci illərində müəyyənləşmiş sərhədlər qardaş xalqlar arasında ixtilaf mənbəyinə çevrildi. Nəticədə bir çox qırğızlar Özbəkistan ərazisinə, özbəklər Tacikistan ərazisinə və s. düşdülər. Axı bir neçə nəsil insanlar bu torpaqlarda yaşamışdı və bu torpaqları özününkü hesab etmişdi. Bundan başqa, Orta Asiyada defisit olan su resursları, münbit torpaqlar üstündə mübahisələr başlandı. Konfliklər ona görə alovlanırdı ki, tərəflərdən biri sərhədlərin delimitasiyasını gözləmədən bunu özbaşına etməyə çalışırdı- lövhələr basdırırdı və yollar çəkirdi.
Nəticədə bu illər ərzində mütəmadi olaraq həm mülki şəxslər həm də hərbçilər arasında silah və texnikadan istifadə etməklə toqquşmalar baş verir. Ölkələr dəfələrlə tam müharibə həddinə gəlib çıxıblar. Quru statistika: təkcə 2014-cü ildən bəri qırğız-tacik sərhədində on ciddi toqquşma baş verib, bunlardan beşi 2014-cü ilin payına düşür. 2019-ci ildə dörd ciddi toqquşma baş vermişdir.
Bura qızğızlar və özbəklər arasındakı etnik düşmənçiliyi də əlavə edin, hansının ki postsovet dövründə ən ciddi alovlanması 2010-cu ildə Qırğızıstandakı növbəti “rəngli inqilab” zamanı baş verdi. Onda biz regionun həddən artıq mürəkkəb olduğunu görürük- hər an partlayış baş verə bilər və bu, qonşu ölkələr, ilk növbədə Rusiya üçün problemlər mənbəyinə çevrilər.
Rusiyanın əsrlər boyu yerinə yetirdiyi regional arbitr rolu- məhz o faktordir ki, regionu genişmasştablı müharibədən saxlayır. Qırğızıstan və Tacikistanın KTMT üzvü olmaları- konfliktin qısa zamanda nizamlanacağının qarantıdır. Amma görünür bu kiminsə xoşuna gəlmir, kimsə istəyir ki, bu saxlayıcı faktor sadəcə olmasın.
Mən bütün postsovet məkanında siyasətlə bağlı informasiya resurslarını mütəmadi oxuyuram. Və Türkiyə və Azərbaycana bağlı pantürkizmi təbliğ edən çoxsaylı pablik və teleqram-kanallarının canfəşanlığı nəzərlərimdən qaça bilməzdi. Baxırsan ki onlar hara, Orta Asiya hara?!
Bütün bu resurslar sanki əmr alıbmışlar kimi (bəlkə də elədir) “özünkülər” uğrunda savaşa başladılar. Özünkülər təbii ki türklər- qırğızlardır ki, “farslar”- taciklər tərəfindən “təcavüz qurbanlarına” çevriliblər. Təbii ki, informasiya birtərəfli qaydada tədqim olunurdu- xüsusi aksent ona yönəlmişdi ki, taciklər qırğız kəndlərini yandırırlar və s.
Şərhlərdə təkcə İranın deyil, Rusiyanın da ünvanına lənətlərə rast gəlinir- niyə buna imkan verdiyinə görə. Guya ki Rusiya özünün “Avrasiya inteqrasiyası” ilə olmasaydı, tərəflər çoxdan bir-biri ilə razılaşardılar və sülh içərisində yaşayardılar. Amma qaniçən Moskva parçalamaq və hökm etmək niyyətindədir və qəsdən kəllə-kəlləyə toqquşdurur. Bütün bu resursların yeritmək istədiyi birdir: bax Tacikistan və Qırğızıstan KTMT-dən çıxsınlar- o dəqiqə bütün problemlər həll olunacaq!
Burda adamın ağlına öz gözündə tiri görməyən məsəli gəlir. Elə həmin Türkiyəni götürək, hansının ki təbliğatçıları elə bu sərsəmləməni yaymaqla məşğuldurlar. Bu ölkə son illər dəfələrlə Yunanıstan ilə genişmasştablı müharibə həddinə gəlib çatıb. Onlar arasında mütəmadi hava döyüşlərinin imitasiyası baş verir ki, hətta tez-tez pilotların həlak olmasına səbəb olur, hərbi gəmilərinin bir-birlərinin territorial sularında daimi manevrləri indiyədək yalnız möcüzə nəticəsində müharibəyə gətirib çıxarmayıb. Hətta real müharibə də baş verib- Kipr uğrunda.
Düşünürəm izah etməyə ehtiyac yoxdur ki, əgər hər iki ölkənin NATO-ya üzvlüyü olmasaydı, Afina və Ankara çoxdan bir-biri ilə münasibətləri “tam qaydada” aydınlaşdırardılar. Odur ki, “Turan” tərəfdarları bizə deyəndə ki, KTMT daxili konfliklərə təhrik edən yarıtmaz təşkilatdır, ən azından yalan danışırlar. Kim də olmasa, onlar gözəl bilirlər ki, elə deyil, əksinədir.
Elə bu cür antirus əhval-ruhiyyənin qızışdırlması Ermənistan-Azərbaycan konfliktinə münasibətdə də aparılır. Azərbaycanlıları inandırırlar ki, Moskva Ermənistana kömək edir və sülhməramlıların Qarabağdan çıxarılmasını tələb etmək lazımdır. Erməniləri isə inandırırlar ki, Rusiya Türkiyənin tərəfindədir və Rusiya hərbçilərini fransız, ya da amerikan hərbçiləri ilə əvəz etmək yaxşı olardı.
ABŞ prezidentinin erməni genosidini tanıması- elə Ermənistanı Rusiyadan ayırmaq cəhdi, özünü ona yeni himayədar kimi təklif etmək deməkdir. Bununla yanaşı Vaşinqton Bakıya da reverans edir: bu yaxınlarda Azərbaycan prezidenti ilə danışıqlarında Amerikanın dövlət katibi 907-ci düzəlişin ləğv edilməsi barədə kəkələyib. Qısası, həm sizinkilərə, həm də bizimkilərə.
Və qoy heç kəsi Vaşinqton ilə Ankara arasındakı dava-dalaşlar çaşdırmasın. Söhbət Rusiya ilə qarşıdurmanın üstünə gələndə onlar tez dil tapırlar. Bəli, ABŞ və Türkiyənin Qafqazda məqsədləri ayrıdır, amma bir məsələdə onlar yekdildirlər- burda Rusiya təsiri məhdudlaşdırılmalıdır. Əlbəttə ki, Rusiya təsiri Orta Asiyada da məhdudlaşdırılmalıdır. Axı əgər Rusiyanı bu regionlardan məhrum etsələr, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və Avrasiya İqtisadi Birliyindən bir dəri bir sümük qalacaq- Rusiya və Belorusiya. Bu isə NATO-nun köhnə arzusudur və təkrar edirəm, bu məsələdə atlantistlərin və pantürkistlərin maraqları tam üst-üstə düşür.
Yəqin ki 80-cı illərin sonlarının hadisələri ilə analogiyalar tək mənim ağlıma gəlmir. Xatırladım ki, SSRİ-nin dağılması 1989-cu ildə Dağlıq Qarabağda erməni-azərbaycanlı və 1990-cı ildə Oşda özbək-qırğız qırğını ilə başlandı. Bütün tərəflər də Moskvanı günahlandırırdılar. Vəssalam. Qərbin köhnə arzusu həyata keçdi, hətta yüksək səviyyədə, onların gözlədiklərindən də artıq. Böyük ölkə nəinki dağıldı, gecpartlayan minalar aktivləşdi, hansılar ki, bu gün də işə düşməkdə davam edirlər- üstündən 30 il keçəndən sonra. Və bu gün onların hədəfi – müasir Rusiyadır.

Комментариев нет:

Отправить комментарий