Страницы

10.05.2021

10 amerikan əsgərinin qolu-qıçı sındı

Estoniyada təlimlər zamanı ABŞ-ın 82-ci hava-desant diviziyasının 10 hərbçisi müxtəlif bədən xəsarətləri almışlar.
Hadisə Swift Response təlimləri keçirilən zaman baş vermişdir. Təlimlərdə ABŞ desantları paraşütlə düzgün tullana bilməmişlər.
Hərbçilərin bir çoxu artıq hərbi hissələrinə qayıtsalar da, üçünün ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilir.
Xatırladaq ki, 5 mayda Estoniya Müdafiə qüvvələrinin Mərkəzi poliqonunda 16 Avropa ölkəsinin iştirak etdiyi böyük təlimlərə start verilmişdir. Təlimlərin ssenarisinə görə şərti düşmən Estoniya ərazisinə hücuma keçir, ABŞ və İngiltərə əsgərləri ilə ölkəni düşməndən müdafiə edirlər.

Комментариев нет:

Отправить комментарий