Страницы

23.05.2021

20 Yanvar hadisələrini Türkiyədən gələn təxribatçı qrup törədib

1992-ci ildə Xocalı mühasirədə olan zaman, o vaxtkı prezident Ayaz Mütəllibov Xocalının mühasirəsini dağıtmaq ücün ora rus batalyonu göndərmişdi. Həmin batalyon Ağdam yaxınlığında Bakıdan xüsusi o bölgəyə göndərilən bir dəstə tərəfindən qarşısı kəsilib, Xocalı istiqamətinə buraxılmamışdı. Komandir də Mütəllibovla əlaqə saxlayıb vəziyyəti ona demişdi. Bildirmişdi ki, bizim qarşımızı azərbaycanlılar kəsib Xocalı istiqamətinə buraxmırlar. Mütəllibov da vəziyyəti anlayıb onlara geriyə qayıtmaq göstərişi vermişdi...
Həmin hadisə video lentə alınmışdı...
Nə o məsələdən o dövrün rəsmi şəxsləri danışmır, nə orada cəkilən video görüntü hec yerdə görünmür.
Bir dəfə Ayaz Mütəllibov belə bir söz işlətdi ki, Cingizdə bir kaset vardı, o kaseti Moskvada gizlətmişdi...
***
Tədqiqatçı-jurnalist Həmid Herisçi müsahibələrindən birində çox maraqlı faktlardan bəhs edib. Bildirib ki, "NATO-nun “Qarabağ” əməliyyatından təxminən 2 ay öncə Bakıya Türkiyədən 100 nəfərlik turist dəstəsi gəlmişdi. Bu, 1989-cu ilin noyabr ayının 14-15 tarixlərində olub. "O zaman Akademiyanın partiya komitəsinin sədri məni çağırıb dedi ki, sən savadlı adamsan, türkcə bilirsən, baş verənlərdən də ağlın kəsir, get o turistlərlə danış. Mən onlarla görüşüb söhbət edəndən sonra gördüm ki, bu adamların hamısı peşəkar kəşfiyyatçılardır, tətikçidirlər, yəni killerlərdir. Vaxtilə bu adamların hamısı Türkiyə sol hərəkatının qana qəltan olunmasında fəal iştirak etmişdilər. Onların rəhbərləri Mehmet Dəmirtolay ilə Əbdülrəhman Çelik idi. Razılaşın ki, Azərbaycanda siyasi vəziyyətin bu cür ağır durumunda bir təyyarə türk “turisti”nin Bakıya gətirilməsi sadə məsələ deyildi. Onları o zaman turist şirkəti “İmprotexs” gətirmişdi, xüsusi çarter reysiylə. Füzuli Ələkbərov o zaman həmin şirkətin rəhbəri idi..."
***
Füzuli Ələkbərov. 3 fevral 1958-ci ildə Naxçıvan MR-in Culfa rayonunun Saltaq kəndində anadan olub. 1980-cı ildə Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsini, 1990-cı ildə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Sənayenin planlaşdırılması fakültəsini bitirib. Əmək fəaliyyətinə 15 avqust 1980-ci ildə Şəki rayonunun Qoxmuq kənd orta məktəbində müəllim kimi başlayıb. Sonralar Şəki şəhər komsomol komitəsinin katibi, Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı, 1987-1991-ci illərdə "Sputnik" Beynəlxalq Gənclər Turizm Bürosunda sədr vəzifələrində çalışıb. 1992-2006-cı illərdə "İmproteks" Şirkətlər Qrupunun prezidenti olub. 2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının üzvü olub. 1996-cı ildən Azərbaycan Respublikası Cüdo Federasiyasının prezidentidir. 1993-cü ildən YAP-nın üzvüdür. Azərbaycan Respublikasının Prezidentinin 7 fevral 2006-cı il tarixli 1277 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib.
***
Hətta Youtube-də video-fakt var. 20 yanvar hadisələri ərəfəsində Əbülfəz Elçibəy Azadlıq meydanında mitinqdə elan edir ki, Türkiyədən gələn 160 nəfərlik bir qrup bu gün bizimlə bərabər bu meydandadır. Bu video da böyük maraq doğurur...
***
Başqa bir məsələ isə, o dövrdə Bakıda erməni və rus evlərinə olan hücumlardır. O zaman bu məsələ ilə bağlı hakimiyyət nümayəndələri də deyirdi, bilmirdik o hücumları edən kimləri idi, AXC funksonerləri də deyirdi bilmirdik onlar kimlər idi... Videoya baxanda məsələ artıq aydındır.
***

“20 YANVAR FACİƏSİNDƏKİ TƏXRİBATLAR “QLADİO” VƏ “ERGENEKON” TƏRƏFİNDƏN HƏYATA KEÇİRİLİB”

25.01.2014. Yazıçı-publisist Həmid Herisçi “Bizim Yol” qəzetinə müsahibəsində regionda baş verən hadisələrlə bağlı konspiroloji proqnozlarını açıqlayıb. O Ukraynada cərəyan edən hadisələr, Rusiya və Qərb arasındakı ziddiyyətlərlə bağlı politoloji təhlilləri inkar edən fikirlər söyləyib. Bildirib ki, dəyərləndirmələri məlumatlara və faktlara əsaslanır. H.Herisçi ilə müsahibədən bir hissəni oxucularımıza təqdim edirik.   

– Bir gün əvvəlki Facebook statusunuzda Kiyev hadisələrini 24 il əvvəl Bakı hadisələriylə eyniləşdirmişdiniz. Bu fikrinizi necə arqumentləşdirə bilərsiniz?
– Əvvəla, gəlin qədim münəccimlərin təcrübəsini yada salaq. Bilirsiniz ki, hər 12 ildən bir göydəki ulduz xəritəsi dəyişir, 1990-cı ildən üzü bəri həmin xəritə bir dəfə 2002-də dəyişib, bir də indi- 2014-cü ilin yanvar-fevral aylarında artıq dəyişməkdədir. Hadisələrin müəyyən təkrarı gözlənilir ki, bunun ən bariz nümunəsi 1990-cı il Bakı faciəsinin 2014-cü il  17-20 yanvar ayında Kiyevdəki təkrarıdır.

– Ulduzları qoyaq kənara, yerlə məşğul olaq, gerçəklikdən danışaq…
– Əvvəla, münəccimlərin öncə görmələrinə həmişə hörmətlə yanaşmışam, politoloqların isə yox. Bax sual verin özünüzə, nə üçün onların heç biri Kiyev hadisələriylə Bakı olayları arasında paralellər aparmadılar.

– 24 il əvvəlki faciəylə indiki hadisələr arasında hansı paralellər ola bilər?
– Bakı hadisələri SSRİ-nin süqutunu sürətləndirməyə xidmət edən xüsusi əməliyyat idi. Kiyev hadisələri isə çağdaş Rusiyanı çökdürməyə xidmət edir. Bakı hadisələrindən azca öncə qətlə yetirilmiş Rumıniya rəhbəri Nikolay Çauşeskunun son sözü bilirsinizmi nə olub?

– Azərbaycanla bağlı olmayıbmı?
– Bəli, o “Ah bu Qarabağ, Qarabağ” deyəndə bədəni gülləylə “daranıb”. Sosialist düşərgəsinin çökməsinə, etnik münaqişələrin şiddətlənməsinə xidmət edən NATO-ya məxsus gizli əməliyyatın adı yadda saxlayın, “Qarabağ” idi. Çauşesku də bu əməliyyata bələd idi, onun qarşısını almaq istəyirdi. Dekabr ayında Buxarestdə Beynəlxalq Kommunist Hərəkatının müşavirəsi zamanı o çıxış edib həmin əməliyyatı ifşa etməliydi. Lakin Qorbaçov, Amerika Mərkəzi Kəşfiyyat İdarəsiylə birləşərək Çauşeskunu öncələdi, Rumıniyada macarlarla rumınlar arasında gərginlik yaratdı, ölkəni böhrana soxdu, eynən Azərbaycandakı kimi. Sonra isə Çauşesku qətlə yetirildi. NATO-nun həmin “Qarabağ” əməliyyatından təxminən 2 ay öncə Bakıya Türkiyədən 100 nəfərlik turist dəstəsi gəlmişdi. Bu, 1989-cu ilin noyabr ayının 14-15 tarixlərində olub. O zaman Akademiyanın partiya komitəsinin sədri məni çağırıb dedi ki, sən savadlı adamsan, türkcə bilirsən, baş verənlərdən də ağlın kəsir, get o turistlərlə danış. Mən onlarla görüşüb söhbət edəndən sonra gördüm ki, bu adamların hamısı peşəkar kəşfiyyatçılardır, tətikçidirlər, yəni killerlərdir. Vaxtilə bu adamların hamısı Türkiyə sol hərəkatının qana qəltan olunmasında fəal iştirak etmişdilər.  Onların rəhbərləri Mehmet Dəmirtolay ilə Əbdülrəhman Çelik idi. Razılaşın ki, Azərbaycanda siyasi vəziyyətin bu cür ağır durumunda bir təyyarə türk “turisti”nin Bakıya gətirilməsi sadə məsələ deyildi.

– Onları kim gətirmişdi, hansı xətlə gəlmişdilər?
– Onları o zaman turist şirkəti “İmprotexs” gətirmişdi, xüsusi çarter reysiylə. Füzuli Ələkbərov o zaman həmin şirkətin rəhbəri idi. Digər sualları artıq ona ünvanlayın.

– Bunlar öz yerində, amma mənim üçün maraqlıdır, SSRİ hələ dura-dura, müstəqil şəkildə turist şirkəti yaratmaq mümkün idimi?
– Sözsüz ki, onlar dövlətin tapşırığıyla yaranmış xüsusi şirkətlər idi, görünür təyinatları da məxfi idi. Bakıda həmin Qarabağ əməliyyatının keçirilməsində adını çəkdiyim o turistlərin rolu məncə hələ lazımi qədər dəyərləndirilməyib. Hesab edirəm ki, 20 yanvar faciəsindən öncə və sonra baş verən qanlı hadisələrdə həmin turistlərin xüsusi iştirakı olub. Mehmet Dəmirtolayla Əbdülrəhman Çelik həmin vaxt Bakıya xüsusi videokamerayla gəlmişdilər. 17 noyabr mitinqlərini lentə almaqda və Əbülfəz Elçibəy müsahibə almaqda mən onlara yardım etmişəm. Həmin lent indi də lazımi yerlərdə saxlanılır, əşyayi-dəlil kimi onun əhəmiyyəti əvəzsizdir.

– Sizin dediklərinizdən belə çıxır 19 yanvarda televiziyanın enerji blokunun partladılması, ümumiyyətlə Rusiya kəşfiyyatçılarının bu faciənin yaranmasında iştirakı olmayıb…?
– Bəli, bütün təxribatlar NATO-nun gizli “Qladio”, Türkiyənin “Ergenekon” təşkilatı tərəfindən həyata keçirilib. Sovetlərə televiziyanın qalması vacib idi.

– Axı istintaq müəyyənləşdirib ki, televiziyanı Rusiya kəşfiyyatı partladıb, məqsəd də insanları informasiyasız saxlamaq olub…
– Televiziya o zaman Rusiyanın tam nəzarəti altındaydı, ruslar nə üçün onu partlatmalıydılar axı? Partlayış ölkəni xaosa salmaq üçün NATO-nun Bakıdakı təxribat qruplarına lazım idi. İndi də həmin ssenari Kiyevdə təkrarlanır. Həmin qladioçular oxşar ssenarini Kiyevdə səhnələşdirirlər. Yadda saxlayın, məxfi qurumlar həmişə tarix tərəfindən sınaqdan keçirilmiş məxfi əməliyyatları təkrarlamağa meyllidirlər. Bakı hadisələri xüsusi diversiya əməliyyatı kimi NATO məktəblərində tədris olunur. Lazım gələndə arxivdən çıxarılıb yenidən səhnələşdirilir.

– Bütün bu fikirlərinizi sənədlərlə təsdiqləyə bilərsinizmi?
– Mən boş sözlər danışmıram, başqalarından fərqli olaraq. Bakı hadisələrinin sirri mənə çoxdan bələd idi. Onun Kiyev güzgüsündəki zəif əksi gözlərimdən heç nəyi gizlətmir. 

– Bütün hallarda Kiyev hadisələrinin nəticəsini necə görürsünüz?
– Öncəki yazılarımda da qeyd etmişəm ki, Rusiyaya qarşı həyata keçirilən “Prometey” əməliyyatının təxminən 80 yaşı var. Bu əməliyyatın hazırlanmasında Qafqaz, Orta Asiya, Ukrayna və Baltikyanı millətçi qüvvələr fəal iştirak ediblər. Həmin əməliyyat bir an belə səngiməyib, indi də davam edir. Moskvada çap olunmuş sənədlər göstərir ki, bu əməliyyatın qərargahında Kremlin həmişə öz adamları olub. Məsələn, onlar həmin əməliyyatda Məhəmməd Əmin Rəsulzadənin iştirakını dəqiqə-dəqiqə izləyiblər. Ruslar bu əməliyyatın “mətbəxinə” yaxşı bələddirlər. Moskva “Prometey”dəki millətçi qrupları indi də nəzarətdə saxlayır, özü imkan yaradır ki, bu qüvvələr bir yerə toplanıb “şişsinlər”. Lazım şəraitdə ruslar bircə zərbəylə bu “şişi” məhv edəcəklər. Həmin an yaxınlarda baş verəcək. Yadınızda saxlayın, ruslar “Prometey” əməliyyatına qarşı amansızdırlar. “Prometey” əməliyyatının müasir qərargahı 80 il öncəki kimi yenə də Polşadadır. Bu əməliyyatın keçmiş rəhbəri Polşa prezidenti Lev Kaçinskiydi, bir də ətrafındakı 100-ə yaxın əsabəsi. Ruslar onları Katın səmasında aldadıb məhv etdilər. Sonra da dedilər ki, meyitləri gəlin Moskva meyitxanasından götürün. “Mən Moskvaya heç vaxt səfər etməyəcəm” deyən Polşa prezidenti Kaçinskiyə bundan yaxşı cavab ola bilməzdi.

– Belə çıxır ki, “Prometey” əməliyyatının növbəti rəhbərlərini də qətliam gözləyir?
– Bəli.



Комментариев нет:

Отправить комментарий