Страницы

13.05.2021

ABŞ XİN "İsrail ordusunun öldürdüyü o fələstinli körpələri gördünüzmü?" sualına cavab verə bilmədi

ABŞ-ın Xarici İşlər Nazirinin sözcüsü Ned Price TRT Word Washington DC müxbiri Yunus Paksoyun verdiyi sual qarşısında çarəsiz qalıb.
Qalanews bu barədə TRT haber-ə istinadən xəbər verir.
TRT-nin müxbiri ABŞ-ın Xarici İşlər Nazirinin sözcüsü Ned Price-a "İsrail ordusunun öldürdüyü o fələstinli körpələri gördünüzmü?" sualına Price cavab verə bilməyib.
O sualı ötüşdürməyə və ümumi cümlələrlə cavablandırmağa və qəti cavabdan yayınmağa çalışıb. "İsrail özünü müdafiə etmək hüququna sahibdir. Biz gərginliyin azaldılması üçün əlimizdən gələni edirik. İsrail tərəfindən həlak olanlar var. Fələstin tərəfdən həlak olanlar var. Bunu əlbəttə ki pisləyirik" deyə o bildirib.
O öldürülən uşaqlarla bağlı suala qəti cavab verə bilməyib.

Комментариев нет:

Отправить комментарий