Страницы

18.05.2021

Aramızda nə qədər maskalı, müsəlman görüntülü İsrail aşiqi varmış!

Elsevər Hüseynov

Son günlər qardaş Türk xalqından biz Azərilərə böyük iradlar, təpkilər gelir. Azəriləri İsrailə dəstək verməkdə ittiham edirlər və qınayırlar. Burdan Türk qardaşlarımızın nəzərinə çatdırmaq istəyirəm ki, burda İsraili dəstəkləyənlər Azərbaycanda yaşayan yəhudilər, ermənilər, onların çörəyi ilə böyüyən bir qrup insanlar və onların toruna düşüb aldanmış bir xeyli dinini bilməyən, cahil insanlardır. Azərbaycanda əsl müsəlman olan hər kəs öz müsəlman qardaşına dəstəkdir, müsəlman düsməni olan bir dövlətə dəstək verməz.
***
Bir vaxtlar İran İslam Respublikasını Suriyada və İraqda sünni müsəlmanları qətliam etməkdə ittiham edən bir zehniyyət var idi və həmin zehniyyət hələ də davam etməkdədir. Amma bu gün əhalisinin 99 faizi əhli-sünnə olan Fələstinə hərbi cəhətdən yardım edən, mərdi-mərdanə arxasında dayanan, topla, tüfənglə, raketlə təmin edən yeganə və yeganə müsəlman dövləti İran İslam respublikasıdır. Kimsə deyə bilər ki, hansısa bir müsəlman dövləti Fələstinə bir dənə avtomat patronu verib? Fələstinə biri bükümlük barıt göndərən müsəlman dövləti göstərə bilərsiniz? Göstərə bilməzsiniz. Çünki heç bir müsəlman dövləti bu işi görməyib. Bir balaca insaflı olmaq lazımdır.
***
Fələstin xalqı ona güllə atan yəhudi əsgərinə daş atır və öz haqqını müdafiə edir. Bizim burada bəzi baş əvəzinə Sabirabad qarpızı gəzdirən, İslam düşmənlərinin fitnəsinə gedən avamlar isə iddia edir ki, Fələstin Qarabağ müharibəsində erməniyə dəstək oldu, erməniyə silah göndərdi. Ay gözü kor bədbəxt insan! Fələstinin erməniyə göndəriləcək silahı varsa, niyə öz düşməninin qabağına daşla çıxır? Hərdən o boş qalmış papağınızı qoyun qabağınıza fikirləşin də! Fikirləşin ki, biz bu ağılla hara gedirik?
***
Bir Astara türkünün profilində maraqlı bir təhlilə rast gəldim. Yazır ki,  Ərdoğan Azərbaycana görə hərəkətə keçmir. Çünki Qarabağ savaşında İsrail Azərbaycanda müasir silahlar sataraq dəstək oldu. Azərbaycana verdiyi bu dəstəyə görə Ərdoğan bu gün İsraili cəzalandırmır. Mən bu təhlildən belə anladım ki, ortada Azərbaycanın xətri- hörməti olmasaydı, Ərdoğan İsraili çoxdan şumlamışdı. Deyirəm "rəis'' başa düşən adammış.
***
Hansına bir müsəlman dövlət başçısının tribunadan İsraili qınaması sizcə gülünc deyilmi? Guya sən tribunadan İsraili qınayanda nə olacaq ki? Türklər demişkən, cok da umurundaydı. Sən qınayanda xonçasının qaşı düşəcək?
***
"İsrailin Fələstinli uşaqlara etdiyi vəhşiliyə qəzəbləndik və baş verənlərə kədərlənirik''. Ərdoğan deyib bunu. Bir çox insanlar bunu "Türk dünyasının lideri'' və "Müsəlman aləmini xilaskarı'' kimi görürlər. Bu isə bu boyda həngaməyə ancaq qəzəblənib, kədərlənməklə kifayətlənir.
***
Həmasa bağlı müqavimət dəstələrindən birinin rəhbəri raket və silahlarla etdiyi köməyə görə İran İslam Respublikasına öz təşəkkürünü bildirdi. Dəstək vermək buna deyirlər. Həm dildə, həm əməldə. Yoxsa tribunalardan çıxıb qınamaqla, yanındayam deməklə iş bitmir. Ortada əməl yoxdursa, boğazdan yuxarı bəyanatlar vermək, pafoslu çıxışlar etmək dəstək vermək deyil. Lori dildə buna "Quru-quru qurbanın olum'' deyirlər.
***
Deyirəm bu Əsədin də bir qram insafı yoxdur. Balam, heç olmasa bayram namazına dəvət elə "rəisi'' . Adamın arzusunu niyə gözündə qoyursan? Necə illərdir Şamda namaz qılmaq arzusu ilə yanan bir adama niyə kömək etmirsən? Cümə namazı qılmağa qoymadın, heç olmasa bayram namazı qılsın! Sonra da da bəziləri "rəisi'' qınayırlar ki, niyə sənə "eeyyy katil Asad'' deyirdin. Düz deyir də adam. Qatildən də betərsən.
***
Deyirəm yaxşı ki, İran Fələstinə verdiyi raketlərdən Ermənistana da verməyib. Əgər versəydi, Ermənistan burda "İran Ermənistana yardım eləyir'' deyə tumanını başına geyinən cahillərin başına od tökərdi. Necə ki, bu gün Fələstin tökür. Ay zavallılar, heç olmasa indi ağlınızı başınıza toplayın. Düşmənin uydurduğu yalanlara uyub özünüzü gülünc vəziyyətə salmayın. İranın silah yardımı etdiyi bir dövlətə qalib gəlmək sənin başın üçün deyil.
***
Deyirəm Fələstində müqavimətçilərin İsrailə atdıqları raketlər burda bəzilərinin qəlbinə od qoyur. Təpələrindən tüstü çıxır. İlahi, aramızda nə qədər maskalı, müsəlman görüntülü İsrail aşiqi varmış! Bir-bir maskaları cırılır, iç üzləri açılır.
***
Ey Fələstində düşmənin başına od yağdıran müqavimətçi qardaşlarım! Allahın Salamı, Bərəkəti, Məğfirəti sizin üzərinizə olsun!



Комментариев нет:

Отправить комментарий