Страницы

16.05.2021

Bölgədə sülh olsa, ingilis-amerikan agentlərinin bazarı bağlanacaq

Nadir Qocabəyli

Zəngəzur söhbəti açıq-aşkar ara qarışdırmaqdır. Əminəm ki, Qafqaza yenicə qədəm qoyan sülhü gözü götürməyən atlantist qlobalistlərin fitnəsidir. Çünki sülh olanda qonşu millətlər həqiqəti dərk edəcək, dava-dalaşı, qan tökməyi dayandıracaq, münasibətlər normallaşacaq, bölgədə əmin-amanlıq, inkişaf olacaq, -ən əsası!- insanlar bunları yaradanların kim olduğunu biləcək. Ardınca Avrasiya ideyasına, Avrasiya Evinə maraq güclənəcək və birqütblü dünya yaratmaq istəyən ingilis-amerikan qlobalistlərin bazarı bağlanacaq...
Ona görə də həm erməni millətindən olan cəsuslarını, həm də bizim axmaqları qızışdırıb yeni mübahisələr, təxribatlar, münaqişə ocaqları yaratmağa çalışırlar ki, buralara rahat girsinlər və göstərsinlər ki, onlar olmasa, biz adam kimi yaşaya, işləyə, qonşuluq edə bilmərik. Bizə hökmən Qərb demokratiyası lazımdır...
Avam adamları qoyuram kənara, ancaq az-çox yazı-pozusu, siyasət anlayışı olan kimsə Zəngəzuru ermənilərdən almaqdan, İrəvana qədər getməkdən, erməniləri Qarabağdan tamamilə qovub çıxartmaqdan danışırsa, birmənalı onlara işləyir. Yəni bu millətə açıq-aşkar xəyanət edir. Bundan sonra baş verəcək qan-qadada onun da əli var. 
Zəngəzura gələcəkdə azərbaycanlılar köçməlidir, amma ora de-yure Ermənistandır. Qarabağda da erməni yaşamalıdır, ancaq Qarabağ Azərbaycan ərazisidir. Hər hansı dəyişikliyi yalnız sülh, danışıq yolu ilə özümüz həll etməliyik. Güllə atmadan, şəhid vermədən, qansız-qadasız...
Qardaş, ortalıqda bir göl varsa, o gölün bəri tərəfi bizim, o tərəfi də onların olsun də. Sən əlini bəri üzdən yu, o da o üzdən də. Burda davalıq nə var axı? O boyda Xəzər dənizini 5 ölkə nə təhər bölürük, indi bir dılğır gölməçəni bölə bilməyəcəyik?!
Ə, qurtarın da bu ara qarışdırmağı! Adam qalmadı verdiniz qırğına. O yerləri yuxusunda belə görməyən körpə uşaqları verdiniz bada...
İndicə oxuyuram ki, Gürcüstanın Dmanisisində azərbaycanlılara qarşı kütləvi hücum olub. Orada da eyni mərkəzin barmağı var - ingilis barmağı. Dünyanı özlərinə tabe etmək istəyənlərin təxribatıdır. Aranı qarışdırırlar ki, Minsk qrupundan-zaddan yaradıb, buraları yavaş-yavaş keçirsinlər ələ. Çünki tam keçirə bilmirlər. Rusiya qoymur, imkan vermir. İran da istəmir bunu. Son zamanlar Türkiyə də həqiqəti anlayıb və satanistlərin dediyini etmək istəmir...




















































Комментариев нет:

Отправить комментарий