Страницы

22.05.2021

Ermənistan KİV: İran 160 erməni əsgərini hələ də təhvil verməyib

Ermənistanın "Qraparak" qəzeti İranda 160 erməni əsgərinin saxlanıldığını iddia edir.
SalamNews xəbər verir ki, "Qraparak" qəzetinin məlumatına görə, İran İslam Respublikasında təxminən 160 erməni əsgəri var.
Qəzetdə dərc edilən məqaləyə görə, erməni əsgərləri müharibə vaxtı dövlət sərhədini keçərək İran ərazisinə daxil olub və o vaxtdan bəri geri qayıtmayıblar, amma dəqiq harada və hansı statusda saxlanıldıqları barədə məlumat yoxdur.
"Bizə məlumat verilib ki, erməni əsgərlərinin geri qayıtması ilə əlaqədar olaraq, İran Ermənistan tərəfinə bəzi şərtlər irəli sürüb, deyəsən onlar da "əsir" saxladıqları əsgərlərdən istifadə etməyə çalışırlar. Müdafiə Nazirliyindən məlumatları rəsmi olaraq yoxlamağa çalışdıq, sual verdik, amma Müdafiə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gevorg Altunyan bu mövzunu heç cür şərh edə bilməyəcəklərini bildirdi. Rəsmi izahat üçün Xarici İşlər Nazirliyinə yazılı müraciət də göndərdik. Cavabını alan kimi təqdim edəcəyik",- deyə qəzet yazır.

Комментариев нет:

Отправить комментарий