Страницы

22.05.2021

Feyk fabriki və onun əsl sahibləri

Son vaxtlar "Bellingcat" informasiya agentliyi yenə gündəmdədir. KİV-də onun yaradıcısı kimi qələmə verilən Eliot Higgins kitab çıxarıb. Onun silahdaşı Xristo Qrozev və ya Moris Rakuşitski yeni ifşaedici xəbərlərin olacağını vəd edib.
Bütün bunlar barədə ciddi danışmaq mümkün deyil, onlar sadəcə olaraq, jurnalist araşıdırması janrını gözdən salmaqla məşğuldurlar. Bellingcat-ın özünün ortaya çıxma hekayəsi isə daha maraqlıdır. Bəs bu feyk xəbərlər fabriki necə yaranıb?
2010-cu ilin əvvəllərində Əfqanıstandakı Amerika hərbi kəşfiyyatının rəhbəri Maykl Flinn "Kəşfiyyat işini necə dirçəltməli?" ("Fixing Intel") adlı maraqlı bir hesabat dərc etdirmişdi. Flinn hesabatın həmmüəllifləri ilə birlikdə həmkarlarına bildirirdi ki, informasiyanı onu verməyə hazır olan hər kəsdən almaq lazımdır – yerli sakinlərdən, jurnalistlərdən, QHT və qadın təşkilatlarının nümayəndələrindən, BMT-nin əməkdaşlarından, vətəndaş fəallarından və s. Özü də yalnız hərbi məlumatları deyil, ölkədə baş verən hər şey haqqında informasiya toplamağı və sonra onları NATO müttəfiqləri, jurnalistlər, QHT-lərlə paylaşmağı məsləhət görürdülər. Düzgün biçimləndirilərək təqdim olunan məlumatlar silaha çevrilir: yerli sakinlərə işğalçıların onların qayğısına necə qaldığını göstərərək əhalini partizanlardan uzaqlaşdırır, Yaxın Şərqdə qayda-qanun yaradan Amerika demokratiyasının parlaq obrazını nümayiş etdirməyə imkan verir.
Məlumatların çeşidləndirilməsi ilə xüsusi seçilmiş analitiklər məşğul olurlar - Flinn bu zaman "ən istedadlılarını və məlumata ac olanlarını" seçməyi məsləhət görürdü. Onlar heç bir detalı gözdən qaçırmamalı, geolokasiyalarla və açıq mənbələrlə işləməyi bacarmalı idilər. Sonda hesabat müəllifləri Amerika kəşfiyyatının veteranı Samuel Vilsondan sitat gətirirdilər: "Məlumatların 90%-i" açıq mənbələrdən gəlir, kəşfiyyatın əsl qəhrəmanı Ceyms Bond deyil, Şerlok Holmsdur".
Elə təxminən həmin vaxt Böyük Britaniya ordusunun zabiti Bob Sili Əfqanıstanda xidmət etməyə yollanır. İngilis qəzetləri onu kəşfiyyatçı kimi qələmə versələr də, buna heç bir dəlil göstərmirlər. Bəlkə də 2008-2017-ci illər arasında İraq, Əfqanıstan, Liviya və Suriyada Bob Sili həqiqətən də tamamilə başqa işlə məşğul olub.
Sili hazırda məşhur siyasətçi olmasına baxmayaraq, hələ də özünü Ştirlis kimi aparır. İndiyə kimi yaxınlarının, valideynlərinin və ya əsrarəngiz həyat yoldaşının təsvir olunduğu bir dənə fotosu belə yayımlanmayıb. O hər yerə tək gedir və yeri gəlmişkən, homoseksualların hüquqları uğrunda fəal şəkildə mübarizə aparır.
Bob Sili 1990-cı illərin əvvəllərində postsovet məkanında ştatdankənar müxbir kimi fəaliyyət göstərməyə başlamışdı, Kiyevdən, Tiraspoldan, Çeçenistandan reportajlar hazırlayırdı. Əsasən "The Times" qəzeti üçün yazırdı.
2012-ci ilin əvvəllərində internetdə "Brown Mozes" təxəllüslü bloger peyda oldu. Bu, Frenk Zappanın məşhur mahnısının adı idi. Məsələ burasındadır ki, Sili rok musiqisini çox sevir, həm də yaxşı gitara çalır. Çox keçmədən "Brown Mozes" əməlli başlı şöhrət qazanır. Əvvəl media maqnatı Rupert Merdokla bağlı qalmaqallı yazılar yazır, daha sonra Suriya məsələsinə yönəlir.
Naməlum bloger eynilə Flinnin hesabatında təsvir olunan "ən istedadlı və xəbərə ac" analitiklər kimi hərəkət edir. Suriyadan YouTube-a yüklənən videoları gözdən keçirərək onları yeni başlıqlarla yayımlayır. Məsələn: "Qəlpə yarası almış təxminən on körpə meyiti tapıldı" kimi.
Bununla belə, bloger məlumatları təhlil etmir, dərhal öz münasibətini ortaya qoyur. Məsələn, Hulə şəhərindəki faciədə Suriya hakimiyyətini günahlandırır, halbuki təhqiqat sonradan kütləvi ölüm hallarının silahlılar tərəfindən törədildiyini üzə çıxartdı. Bir sözlə, bu artıq Flinnin haqqında danışdığı kəşfiyyat deyil, əməlli-başlı təbliğatdır.
Günlərin bir günü "The New York Times"ın hərbi müxbiri Si Cey Divers onu tapır və ifşa edir. Məlum olur ki, "Brown Mozes" imzası ilə yazan blogerin əsl adı Eliot Higginsdir.
Bundan sonra Böyük Britaniya və Amerika KİV-ləri Eliot Higgins haqqında saysız-hesabsız məqalələr yazmağa başlayır. Ancaq Eliot Higginsin valideynləri haqqında indiyə kimi heç kimə heç nə məlum deyil. Belə ki, onun ad-familiyası tamamilə uydurulmuş da ola bilər.
2013-cü ildə "Nyu-Yorker"in müxbiri ondan öz bloqu üçün niyə belə bir ad seçdiyini soruşanda bloger "Təsadüfən" deyə cavab vermişdi.
Bellingcat xəbər agentliyi Higginsin adına qeydiyyata alınıb və Rusiya əleyhinə ən yeni "ifşaedici" xəbərlər bu agentlikdən yayılır. Ancaq həmin xəbərlərin heç birində dəlil-sübut yoxdur. Bununla belə, onların hər biri Rusiyaya qarşı informasiya hücumuna və növbəti sanksiyalara başlamaq üçün bahənə verir.
Bu müddət ərzində Bob Sili məşhur siyasətçi və nüfuzlu hərbi analitikə çevrilir və Rusiya ilə bağlı daha aqressiv yazılar yazmağa başlayır. 2018-ci ildə isə parlamentdə Skripallarla bağlı mətbuat konfransı təşkil edir. "Zəmanəmizin Şerlok Holmsları bunlardır," – deyə Higgins və Qrozevi həmkarlarına təqdim edir. Elə həmin vaxtdan millət vəkili Bellingcat-ı yemləməklə məşğuldur.
Beləliklə, Qərbin elit ailə klanları üçün Rusiya ətrafındakı limitrof heç kimin torpağı deyil, sadəcə ov oylağıdır. Yerli əhali (istər inkişaf etmiş olsun, istərsə də geridə qalmış olsun) onlar üçün yalnız flora və fauna müxtəlifliydir. Bellingcat kimi alətlər isə hibrid müharibələri üçün mükəmməl silahdır. /sputnik.az/

Комментариев нет:

Отправить комментарий