Страницы

22.05.2021

“İlham Əliyev həm Moskva, həm də Ankara ilə balanslaşdırılmış, neytral münasibətlər saxlamağın vacib olduğunu dərk edən ağıllı və uzaqgörən rəhbərdir. O sülh içində yaşayan bir Qarabağ quracaq. Ekstsesslərə və başqa problem yaradan hərəkətlərə yol verməyəcək. Qarabağın bərpası prosesi çox yumşaq olacaq. Məhz çox şey bundan asılıdır. Bu gün Rusiya ilə qlobalistlərin arasındakı münaqişədə eskalasiya getdiyi bir vaxtda Azərbaycan ayıqlıq nümayiş etdirməlidir. Əgər bundan sonra da proseslər bu məcrada davam etsə, Rusiya-Azərbaycan münasibətləri yeni bir keyfiyyətə yüksələcək. Artıq Bakının KTMT və AİB-ə daxil olmaq vaxtı gəlib çatıb. Bunun baş verməməsi üçün heç bir məntiqi əksliklər mövcud deyil. Qarabağ problemi həll edildi. Moskva nə lazımdırsa, onu da etdi, öz sözünün üstündə durdu. Biz Azərbaycana Qarabağı qaytarmaqda kömək etdik və sülh yaranmasına nail olduq. Putin və Əliyev gərgin əmək sərf edərək Qarabağda Bakı üçün sərfəli olan şərait yaratdılar. Bunun üçün titanik güc sərf edildi. Rusiya həmişəki kimi öz dostlarına kömək etdi. Putin Əliyevi özünün strateji partnyoru kimi görür. Azərbaycanla Rusiya arasındakı hərbi-texniki sahədəki əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan istənilən silah və texniki vasitəni əldə edə bilir. Biz öz üzərimizə düşən vəzifəni yerinə yetirdik. Azərbaycandan addım atmağı gözləyirik. İndi növbə Bakınındır. İndi Azərbaycan KTMT və AİB-yə daxil olmaq üçün hərəkətə keçməlidir. Regiondakı vəziyyət Azərbaycan-Rusiya müttəfiqliyindən asılıdır”.

Rusiyalı politoloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin

Комментариев нет:

Отправить комментарий