Страницы

28.05.2021

İrana sızan terrorçular zərərsizləşdirildi

Eastnews.org-un verdiyi xəbərə görə, İran Kəşfiyyat Nazirliyi Qərbi Azərbaycan ilə Sistan və Bəlucistan vilayətlərində uğurlu əməliyyatlarda 3 terror dəstəsinin məhv edildiyini açıqlayıb.
Nazirlikdən verilən yazılı açıqlamada deyilir: "İraq Kürdistanı bölgəsindən terror və silahlı qəsbkarlıq fəaliyyətləri həyata keçirmək üçün ölkəyə sızan silahlı bir qrup kəşfiyyat qrupları tərəfindən təqib olunub. Qərbi Azərbaycanın Urmiya bölgəsində sözügedən dəstəyə qarşı aparılan əməliyyat nəticəsində iki silahlı dəstə üzvü zərərsizləşdirildi, onlardan biri isə qaçdı".
Sistan və Bəlucistan vilayətinin Saravan bölgəsində 1 uşağın öldüyü və bir neçə nəfərin yaralandığı 21 mart 2021-ci ildə baş verən terror aktını törədənlərin tutulduğu barədə verilən açıqlamada qeyd olunub: "Xaricdən yönləndirilən və fəaliyyətə hazırlaşan terror təşkilatı "Ceyşul-Zülm"ə (Ceyşul-Ədl - red.) mənsub olan terrorçulardan bir ədəd tapança, 60 kiloqram partlayıcı maddə və pult ələ keçirilib".   Açıqlamada, həmçinin "Sistan və Bəlucistan bölgələrində başqa bir terror dəstəsi aşkar edildi və üzvləri yaxalandı. Beləliklə, bir çox potensial terror aktının qarşısı alındı",- deyə bildirilib.  Terrorçuları dəstəkləyən bəzi ölkələrə və terror təşkilatlarına xəbərdarlıq edilən açıqlamada aşağıdakı ifadələr yer alıb: "Ölkənin təhlükəsizliyinə qarşı atılan hər hansı bir addım qətiyyətli və güclü şəkildə cavab veriləcək. Terrorçuların sığınacağına çevrilən ölkələr isə terrorçuların fəaliyyətlərinə görə cavab verməlidirlər".

Комментариев нет:

Отправить комментарий