Страницы

12.05.2021

İsrail ərazisinə 480-ə yaxın raket atılıb - İsrail ordusu səfərbərliyə başlayıb

"İsrail ərazisinə 480-ə yaxın raket atılıb. Onlardan 150-yə yaxın raket Qəzza zolağından atılıb", - deyə İsrail ordusunun mətbuat xidməti bildirib.
Qalanews bu barədə Ria Novosti-ə istinadən xəbər verir.
Ötən gecədən etibarən hava həyəcanı Fələstinlə həmsərhəd olan şəhərlərdə və Aşkelonda dayanmaq bilmir. Saat 13.00-dan etibarən fələstinli qruplar böyük Aşdod şəhərini atəşə tutmağa başlayıblar.
İsrail ordusu ehtiyatda olan 5 min hərbçini səfərbərliyə çağırıb.
Xatırladaq ki, mayın 7-si axşam saatlarında İsrail polisi Qüdsdəki məscidə hücum edərək, oradakı mülki insanları qaz bombalarından və rezin güllələrdən atəşə tutub. 250 fələstinli yaralanıb ikisi isə həlak olub.
Dünən axşam saatlarında İsrail aviasiyası Fələstinin yaşayış məntəqələrini bombardman edib. 21 nəfər ölüb, 103 nəfər isə yaralanıb. Bombardman zamanı ölən və yaralanan arasında körpələr, uşaqlar və qadınlar da olub.
Buna cavab olaraq Fələstinin Həmas qruplaşması İsrailə raket zərbələri endirib.

Комментариев нет:

Отправить комментарий