Страницы

28.05.2021

İsrailli bloger AZƏRBAYCANDAN ALACAĞI TƏZMİNATIN “Artsakh Bank”a köçürülməsini istəyir

SalamNews xəbər verir ki, vaxtilə Azərbaycana ekstaradisiya edilən və daha sonra azadlığa buraxılan İsrailli bloger Azərbaycandan alacağı təzminatın “Artsakh Bank”a köçürülməsini tələb edib.
Qeyd edək ki, özünü bloger adlandıran Aleksandr Lapşinin Azərbaycana qarşı qaldırdığı iddia da Avropa Məhkəməsində təmin edilib. Avropa Məhkəməsi qərara alıb ki, ərizəçiyə münasibətdə Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) pozuntusuna (həm substantiv, həm də prosedural) yol verilib. Qərara əsasən Azərbaycan hökuməti A.Lapşinə 30 min avro təzminat ödəməlidir. İndi o bu məbləğin “Artsakh Bank”a köçürülməsini istəyir.
Xatırladaq ki, Aleksandr Lapşin Dağlıq Qarabağa Azərbaycandan icazə almadan qanunsuz daxil olduğuna görə saxlanılmış, 2017-ci ilin iyulunda "Azərbaycan sərhədini qanunsuz olaraq keçmə" maddəsi ilə suçlanaraq 3 il müddətinə həbs edilmişdi. O Belarusdan Azərbaycana ekstradisiya edilib və həmin ilin sentyabrında əfv olunub.

Комментариев нет:

Отправить комментарий