Страницы

16.05.2021

Kimin ağlına gələr belə hadisə?

2000-ci ilin yay ayında bizim əsgər Naxçıvanda Culfa rayonunun Araz qırağında postda durur.
Əsgər deyir ki, mən nə vaxt posta cıxırdım, görürdüm tüklü pişik İran tərəfdən Arazı üzərək kecir biz tərəfə gedir, üstündən 1 saat kecmir bir də üzüb gedir İran tərəfə.
Əsgər deyir ki, mən şübhələndim. Mənə də payok verirdilər konserva, cörək, bir də Sirab suyu. Deyir elə başlamışdım yeməyimi yeyəm, baxıb gördüm yenə həmin tüklü pişik üzüb kecir biz tərəfə. Məndə yeməyimi bir az üzatdım, piş-piş elədim, gəldi yeməyə tərəf, tez tutdum. Pişiyin tükləri çox idi, tüklərin arasında narkotik kecirdirdi.
Deməli pişik doğan vaxtı balalarının 2-sini Naxçıvan tərəfdə saxlayırdılar, 2-sini də İranın Culfa tərəfində. Pişik üzərək kecir biz tərəfə, balalarına süd verir, sonra narkotiki götürürlər, yedizdirirlər, yollayırlar İrana, orda salafanın icindən pulu götürürlər, sonra da ordakı balalarına süd verir. Gör indi Allahın heyvanına nə zülm verirmişlər!
Həmin əsgər Tovuz rayonumuzdan idi. O əsgəri 10 gün otpuska verdilər, sonra gəlir, yaxşı əsgər olduğu ücün ona zvaniya verirlər. Elə Naxçıvanda evləndi, indi 2 uşağı var, Naxçıvanda da qaldı, indi polkovnik-leytenantdır. Onu bütün Naxçıvan tanıyır, yaxşı insandı, M. V. adı.
Kimin ağlına gələr belə hadisə?
And olsun Allaha yadıma gəlirdi, 91-ci ilərdə nə qədər narkoman vardı Naxçıvanda, hətta 9-10-cu sinfin uşaqları da qoşulmuşdu narkotikə. Kimi görürdün, deyirdi gedirəm Araza balığa, balıq adı ilə gedirdilər, narkotiklə gəlirdilər, satırdılar.
Bilirsiz, o vaxt Cəbhənin dövrü idi, həm müharibə, həm cörək qıtlığı, kim nə gəldi edirdi, belinə tapança bağlayana kimi orda idi. Rəhmətlik valideynlərim saat 6 olan kimi deyirdilər hamı evə, indi gülə atacaqlar. Ordubadlılar Elçi bəy Elçi bəy deyərək tökülürdülər şəhərə, gülə atırdılar. İndi sakitçilik olsa da, amma hər şey bahadır, yiyəsiz də ölkədir.

Elman Hacıyev

Комментариев нет:

Отправить комментарий