Страницы

19.05.2021

Köhnə rus raketi İsrailin “Dəmir Günbəzini” aşaraq atom zavodunun yaxınlığına düşdü - “Dəmir Günbəz deyil, Dəmir Aşsüzəndir”

İsrailin tərifli havadan müdafiə qüvvələri 1967-ci il istehsalı olan Sovet raketini müəyyənləşdirərək saxlaya bilməyib. Raket 250 kilometr məsafə qət edərək İsrailin Dimondakı gizli atom reaktorunun 30 kilometrliyinə düşərək partlayıb.
İsrailin müdafiə naziri Beni Qants bu faktı mətbuata təəssüf hissi ilə bildirmişdir.
Araşdırma zamanı məlum olmuşdur ki, raket 1967-ci il istehsalı olan köhnə Sovet S-200 kompleksinə aiddir. Suriyada havadan müdafiə qüvvələri bu raketlə Dəməşqə hücum edən İsrailin F-16 qırıcı təyyarələrini vururmuşlar. Lakin raketlərdən biri hədəfə dəyməyərək İsrail ərazisinə doğru uçmuş və nəticədə atom reaktorunun yaxınlığıa düşmüşdür. Raket 250 kilometr məsafəni 6 dəqiqəyə qət etmişdir.
Mətbuatın yazdığı görə bu hadisə İsrail müdafiə nazirliyində şok yaşatmışdır. Bundan əvvəl ÇAXAL bildirmişdi ki, Dimondakı atom reaktorunu və Qırmızı dənizdəki Eylat portunu qorumaq üçün bütün tədbirlər görülmüşdür, ərazidə “Dəmiz Günbəz” müdafiə sistemi qurulmuşdur və bu obyektlər 100 faizli qoruma təhlükəsizliyinə malikdir.
Ölkənin “Israel Hayom” qəzeti hadisəni belə şərh etmişdir: “Bu Dəmir Günbəz deyil, Dəmir Aşsüzəndir”.

Комментариев нет:

Отправить комментарий