Страницы

24.05.2021

KTMT-nin qapıları Azərbaycanın üzünə açıqdır

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olması ilə bağlı maraqlı açıqlamalar vermişdir.
O bildirmişdir ki, KTMT-nin qapıları Azərbaycanın üzünə daim açıqdır.
“İzvestiya” qəzetinin məlumatına görə, nazir müavini deyib ki, Bakı ilə Yerevan arasında diplomatik münasibətlər yarandıqdan Azərbaycanın KTMT-yə üzv olması məsələsi gündəmə gələcək.
Xatırladaq ki, bir müddət əvvəl prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanması mümkündür. O cümlədən ölkə rəhbəri hesab edir ki, Azərbaycan Ermənistana enerji resursları da verə bilər.

Комментариев нет:

Отправить комментарий