Страницы

28.05.2021

Lukaşenko: Təyyarəni nə Vilnüs, nə Varşava, nə Lvov, nə də Kiyev qəbul etmək istədi

Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, təyyarəni göyərtəsində bomba olduğu barədə xəbərdarlıqdan sonra nə Vilnüs, nə Varşava, nə Lvov, nə də Kiyev qəbul etmək istəyib. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla məlumat yayıb.
"Niyə heyətin komandiri Vilnüsə cəmi 70 kilometr qalmış Minskdə eniş etmək istədi? Niyə biz partlayıcı barədə məlumat verəndən sonra heç kim bu təyyarəni qəbul etmək istəmədi: nə təyyarənin uçduğu Vilnüs, nə Varşava, nə Lvov nə də Kiyev! Niyə indi əzab çəkən, ağlaşma quranlar bu təyyarəni qəbul etmədilər? Bəlkə, məsuliyyəti üzərilərinə götürməkdən qorxdular? Yaxud təyyarənin məhz Minskdə eniş etməsi kiməsə sərf edirdi?" – deyə Belarus prezidenti vurğulayıb.
Qeyd edək ki, ötən bazar günü "Ryanair" aviaşirkətinin Boeing 737-800 təyyarəsi Afinadan yerli vaxtla saat 10:29-da havaya qalxsa da, istiqamət götürdüyü Vilnüsə gedib çata bilməyib və Belarusun Minsk hava limanına eniş edib.
Minsk hava limanının mətbuat xidmətindən Sputnik-ə bildirildiyinə görə, təyyarə aeroporta eniş üçün müraciət edib.
"Təyyarə mina qoyulması xəbərinə görə bizim ərazimizdə eniş edib. Daha sonra istehkamçılar təyyarəyə baxış keçiriblər", – deyə hava limanının mətbuat xidmətindən bildirilib.
Qurumdan əlavə ediblər ki, təyyarədə mina olması xəbəri öz təsdiqini tapmayıb.
Belarusun Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, yerli vaxtla saat 13:09-da təyyarəyə qəza-xilasetmə texnikası və heyəti göndərilsə də, onların köməyinə ehtiyac olmayıb. /sputnik.az/

Комментариев нет:

Отправить комментарий