Страницы

29.05.2021

Millətçiliyin kökü kəsilməlidir


Azərbaycanda türkçülüyün kökü kəsilməlidir deyiləndə, buna etiraz edən insanlar bilməlidirlər ki, əgər sən türkçülük etsən, sabah talış, ləzgi, kürd və digər xalqların nümayəndələri də millətçilik edəcəklər.
Əgər sən haqlısansa, deməli onlar da haqlıdırlar.
Sənə olar, amma onlara olmaz?
Sən bəyəm özünü onlardan artıq hesab edirsən?
Bəlkə sən adamsan, onlar isə adam deyillər?
Olmaz ki, bütün millətçiliyə son qoyub, yalnız azərbaycançılıq üçün çalışaq, onu təbliğ edək?
Azərbaycanımız üçün bu daha yaxşı olmazdımı?
Erməniləri şovinizmdə, faşizmdə qınayan siz millətçilər, ermənilərdən zərrə qədər də olsun fərqlənmirsiz.
Papağınızı qabağınıza qoyub fikirləşin.
Sonra çox gec olacaq.

Orxan Həbib

Комментариев нет:

Отправить комментарий