Страницы

23.05.2021

Postsovet məkanının inteqrasiyası baxımından MDB-nin müxtəlif Orta Asiya respublikaları qeyri-bərabər vəziyyətdədirlər. Bu ideyanı hamıdan fəal Qazaxıstan dəstəkləyir. Qazax xalqının lideri Nursultan Nazarbayev avrasiyaçılığın inamlı və fəal tərəfdarıdır. Qırğızıstan və Tacikistan da layihəyə eyni dərəcədə müsbət yanaşırlar, lakin Nazarbayevlə müqayisədə bu dəstəyin formatı yetərincə təşəbbüskar və möhkəm deyil. Özbəkistan və xüsusilə də Türkmənistan Avrasiya inteqrasiyasından bir qədər məsafə saxlayırlar, yenicə əldə olunmuş milli dövlətçilikdən maksimum dərəcədə müsbət nəticələr əldə etmək istəyirlər. Lakin qlobalist layihələr aktivləşdikcə bu ölkələr dilemma qarşısında qalacaqlar: ya amerikan liberal dəyərlərinin dominantlığı ilə vahid qlobal dünyada əriyib milli dövlətçiliklərini itirməli, ya da Avrasiya Birliyi kontekstində öz milli kimliklərini qorumalıdırlar. Alternativlərin obyektiv ölçülüb-biçilməsi bu ölkələri tarixlərindən və məkan strukturlarından doğan ikinci variantı seçməyə sövq edəcək.

Aleksandr Duqin, “AVRASİYAÇILIĞIN 7 MƏNASI”

Комментариев нет:

Отправить комментарий