Страницы

17.05.2021

Qüds məsələsi biz müsəlmanların ortaq dəyəridir, müqəddəsidir

İsrail-Fələstin münaqişəsində İsrailin tərəfini saxlayanların əsas gətirdiyi 2 məsələ var:
1. Ermənipərəst olmaqları;
2. İsrailin Qarabağ müharibəsində bizə silah satmağı.
1 -ci məsələnin artıq rəsmi dəlil-sübutlarla yalan olduğu ortalığa çıxıb. 
2 -ci məsələyə diqqət edək. İsrail Azərbaycan arasında silah alveri oldu və İsrail müharibədə bizi dəstəklədi, bəli. Belə sual verim: İsrailin bizi dəstəkləməyi onun hansısa işğalına biz tərəfdən haqq qazandırırmı? İnsaflı insan əlbətdə yox deyəcək.
Biz öz ölkəmizin mənafeyi üçün onları dəstəkləməliyik deyənlərə belə sual verim: Dəyər daha önəmlidir, yoxsa mənfəət?
Yenə insaflı insan dəyər deyəcək.
Misal üçün belə deyək, bir iş görsəniz və bu işə görə sizə desələr 100 milyon pul verəcəyik, amma sizin mənəvi dəyərlərinizi əlinizdən alıb təhqir edəcəyik- qeyrətli və vicdanlı insan buna yox deyər.
Qüds məsələsi də biz müsəlmanların ortaq dəyəridir, müqəddəsidir. Millətindən, irqindən, məzhəbindən asılı olmayaraq hamı bu məsələdə həmfikirdir.
Başqasının torpağını işğal edib orada dövlət qurmaq oranın sakinlərinin evlərini əlindən alıb, onlara zülm etmək- bu hansı ölkə olur olsun, vicdanlı insanlar üçün qəbuledilməzdir.
İsrailin bizə Qarabağ müharibəsində silah satıb dəstək olmağı onun bizim dəyərlərimizə hörmətsizlik etməyinə əsas verə bilməz.
Heç bir mənfəət, maraq vicdanlı insanı bu məsələdə İsrailə dəstək olmağa əsas vermir.
Mənfəət Dəyərdən üstün olmadığına görə hər bir vicdanlı insan Fələstin xalqının yanında olmalıdır.

Təbriz Hacızadə

Комментариев нет:

Отправить комментарий