Страницы

23.05.2021

Rusiya-Mərkəzi Asiya zolağının inteqrasiyasında ən mühüm regional tərəfdaşlardan biri Türkiyədir. Bu ölkə çoxsaylı avrasiyaçı elementlərə malikdir, orda Qərb tendensiyaları ilə Şərqin xüsusiyyətləri sıx çulğalaşıb. Türkiyə daha çox anlamağa başlayır ki, Avropa Birliyi ilə sivilizasiya fərqi var, regional maraqların spesifikası mövcuddur, suverenliyini itirmək təhlükəsi ilə bağlı qloballaşma riskinə gedir. Odur ki, Rusiya və İranın timsalında yeni strateji tərəfdaşlar axtarışı Türkiyənin imperativinə çevrilir. Türkiyə öz quruluşunu yalnız çoxqütblü dünya layihəsində qoruya bilər və türk cəmiyyətindəki müxtəlif qüvvələr – öz məntiqi yanaşması olan dünyəvi rəhbərlik, solçular, fərqli düşünən dindar dairələr, üçüncü mövqedə duran ali hərbi rəhbərlik – bunu anlamaqdadırlar. Uzunmüddətli qarşılıqlı soyuqluğa baxmayaraq, Moskva-Ankara tədricən tam ehtimal olunan geopolitik reallığa qədəm qoyur.

Aleksandr Duqin, “AVRASİYAÇILIĞIN 7 MƏNASI”

Комментариев нет:

Отправить комментарий