Страницы

24.05.2021

Şah babamıza növbəti iftira

Başlığa fikir verin. Yalan-palan, əsassız "tarixlə" insanların zehnini zəhərləyirlər. Bu xalqın tarixi şəxsiyyətlərini, mentalitetini, milli-mənəvi dəyərlərini, inancını, məzhəbini təhqir edən bu tip saytlara, facebook səhifələrinə görəsən nə vaxt bir əncam çəkiləcək?
Qardaş, məmləkətdə müqəddəs bir anlayış qoymadılar qalsın. 5-10 manat tula payına görə təhqir etmədikləri dəyərimiz qalmadı.
Şərhlərə də baxırsan, şah babamıza biri İran tulası deyir, o biri deyir sünniləri zorla şiə eləyib!
Utanmaz-utanmaz bədii ədəbiyyat kitablarından sitatlar gətirirlər.
Tarixini, keçmişini pantürkist Əzizə Cəfərzadədən, Şah İsmayıla şərəfsizcəsinə iftiralar atmış İskəndər Paladan öyrənən toplumun vay halına!
Mən hələ bir rusun Pyotru, bir fransızın Napoleonu, bir özbəyin Əmir Teymuru, bir monqolun Çingizxanı təhqir etdiyini görməmişəm. Halbuki bu tarixi şəxsiyyətlərin əksəriyyəti zalım və qaniçən olub.
Əlində qarşı tərəfə basqın edib məğlub etmək fürsəti varkən, "Mən karvan basan quldur deyiləm" deyərək kişi kimi döyüşə girən kişini təhqir edən nakişilər!
And olsun Allaha, bu məmləkətin yarıdan çox insanından iyrənirəm artıq!
P.S.: Gör nə günə qalmışıq ki, Şah İsmail Xətaini Azərbaycanda müdafiə edirik. Xaricdə olsa adamı yandırmaz e, amma Şah babamızı öz vətənimizin insanlarından müdafiə etmək artıq faciədir...

Müşfiq Heybətov

Комментариев нет:

Отправить комментарий