Страницы

03.05.2021

Türkiyə Rusiyadan 50 milyon doza Sputnik V vaksini aldı

Türkiyə Respublikasının səhiyyə naziri Fahrettin Koca bildirib ki, 6 ay ərzində 50 milyon doza Rusiya istehsalı olan Sputnik V vaksini idxal ediləcək. Vaksinlərin ilk partiyası bu ay ölkəyə göndəriləcək.
Səhiyyə naziri bir müddət əvvəl bildirmişdi ki, türk mütəxəssisləri Rusiya vaksinlərinin keyfiyyətini yoxlamaq üçün toksikoloji tədqiqata başlamışlar və bu tədqiqatlar müsbət nəticə verərsə, ölkə Rusiyadan vaksinlər alacaq. Rusiyanın Qamalei adına Milli tədqiqat mərkəzi isə bəyan etmişdi ki, vaksinlər bütün normalara cavab verir.
Rusiya Birbaşa investisiyalar fondunun məlumatında isə deyilirdi ki, Türkiyənin Rusiyadan vaksin almaması üçün xaricdə informasiya kampaniyası aparılır.
Cons Xopkins Universitetinin məlumatına görə, Türkiyədə 4,7 milyon nəfərin Covid-19 virusuna yoluxduğu qeydə alınıb və ölkə yoluxanların sayına görə dünyada 6-cı yerdə gedir. Prezident Rəcəb Təyyib Ərdoğan virusun geniş vüsət alması səbəbindən 29 apreldən 17 maya kimi ölkədə tam lokdaun elan etmişdir.

Turan Ekspress teleqram kanalı
@turan_ekspressi

Комментариев нет:

Отправить комментарий