Страницы

25.06.2021

19-cu əsrin ilk rus slavyanofilləri (Xomyakov, Aksakov, Kireyevski) israr edirdilər ki, rus (slavyan, pravoslav) sivilizasiyası unikal və özünəməxsusdur. Onun bir tərəfdən Qərb, digər tərəfdən liberal modernizm (yenə Qərbdən gələn) qarşısında özünü qoruyub-saxlamağa, möhkəmlətməyə ehtiyacı var. Slavyanofillər ənənələrin dəyərini, qədimliyin əzəmətini, rus ulularına sevgini təsdiqləyir, proqresin mənfi tərəflərini, materializmin və nihilizmin dalana dirəndiyini, Qərb modelinin bir çox aspektlərinin Rusiya üçün yad olduğunu göstərirdilər. Sonrakı slavyanofillər (Danilevski, Leontyev, “Avrasiya” anlayışını elmi ədəbiyyata gətirən V.İ. Lamanski) hesab edirdilər ki, Rusiya təkcə özünəməxsusluğunu qorumaqla kifayətlənməməli, qapılarını Qərbə bağlamalıdır. Çünki Qərbin Rusiyaya ümumi təsir balansı tamamilə neqativdir. Qeyd edək ki, ilk slavyanofillər sələflərindən fərqli olaraq bu məsələyə bir qədər ehtiyatla yanaşırdılar. Avrasiyaçılar bu fəlsəfi məktəbdən sonrakı slavyanofillərin mövqeyini miras alıblar və onların tezislərini Şərqin təsirinin müsbət qiymətləndirilməsi baxımından daha da inkişaf etdiriblər. Avrasiyaçıların (Savitski) fikrincə, rus özünəməxsusluğu təkcə “müdafiəyə və izolyasiyaya ehtiyac duymur”, həm də fəal surətdə romano-german sivilizasiyasına qarşı qoyulmalıdır və bütün bəşəriyyətin azadlıq hərəkatının dayağına çevrilməlidir. Rusiyanın missiyası universallaşdırılır.

Aleksandr Duqin, “Avrasiyaçılığın tarixi”

Комментариев нет:

Отправить комментарий