Страницы

01.06.2021

Avrasiya Hərəkatının proqramı,
“Dinə avrasiyaçı baxış” bölməsi:

Avrasiyaçılar əsl novatorluğun və cəmiyyətin harmonik inkişafının təminatını babalarımızın mənəvi mirasına sadiqlikdə, tam və dolğun dindar həyat tərzində görürlər.
Atlantistlər prinsipial olaraq cılız, ötəri, fani olanlardan başqa nəyisə görməkdən imtina edirlər. Onlar üçün əslində nə keçmiş var, nə də gələcək.
Avrasiyaçılıq fəlsəfəsi isə əksinə, keçmişə dərin və səmimi etibarı və gələcəyə açıq münasibəti özündə birləşdirir. Avrasiyaçı həm miraslara sadiqliyi, həm də azad yaradıcı axtarışı alqışlayır.
Mənəvi inkişaf avrasiyaçı üçün əsas həyati prioritetdir, heç bir iqtisadi və sosail rifah onun yoxluğunu kompensasiya edə bilməz.
Hər bir ən cüzi, lokal dini ənənə, yaxud etiqad sistemi belə, avrasiyaçıların fikrincə, bütün bəşəriyyətin bəhrəsidir. Xalqların ənənəvi dinləri, onlara bağlı dini və mədəni irs diqqət və qayğıya layiqdir. Ənənəvi dinləri təmsil edən strukturlar Strateji Mərkəz tərəfindən dəstəklənməlidir. Təfriqəçi qrupların, ekstremist dini icmaların, totalitar sektaların, qeyri-ənənəvi təriqətlərin və dini doktrinaların təbliğatçılarının, istənilən destruktiv istiqamətli qüvvələrin qarşısı alınmalıdır.

Комментариев нет:

Отправить комментарий