Страницы

11.06.2021

Avrasiyaçılıq elə masştablı və effektiv mərkəzləşdirilmiş (dünyagörüşü və koordinasiya baxımından) struktur qurmalıdır ki, qlobalizmi qəbul etməyən, “birqütblü dünyada” özünə layiq yer görməyən əhval-ruhiyyələri, qüvvələri və insan qruplarını seçərək birləşdirir.
Avrasiyaçılığın ən mühüm tarixi vəzifəsi hələ ki dağınıq halda olan bu güclərə ümumi mübarizə platformasını göstərmək və gələcəyin fərqli – çoxqütblü və ədalətli obrazını yaratmaq üçün əsas səyləri koordinasiya etməyə çalışmaqdır.
Avrasiya strukturları “birqütblü qloballaşma” atlantist layihəsinin yaxşıca nizamlanmış reallaşma mexanizminə qarşı səmərəli şəkildə mübarizə aparmalıdırlar.
Müasir dövrdə qlobalizm təkcə ABŞ-ın yox, bütün Qərb dünyasının çərçivələrini aşıb: onun nümayəndələri, tərəfdarları, bələdçiləri və təsir agentləri müxtəlif xalqlardan, siyasi partiyalardan və dini konfessiyalardan cəlb olunur. Bir növ, özünəməxsus “atlantist (qlobalist) internasionalın” mövcudluğundan danışmaq olar.
Avrasiyaçılığın vəzifəsi əsas parametrlər üzrə simmetrik strukturu – “Avrasiya internasionalını” yaratmaqdır. Avrasiya Hərəkatının struktur xüsusiyyətləri məhz bu məqsəd üçün nəzərdə tutulmuşdur. O perspektivdə çoxqütblü dünya üzrə koordinasiya mərkəzinin yerini tutmalıdır.

AVRASİYA HƏRƏKATININ PROQRAMI

Комментариев нет:

Отправить комментарий