Страницы

01.06.2021

Avrasiyaçılıq – siyasi qüvvələrin geniş spektrinin dünyagörüşüdür, fəlsəfəsidir, geopolitik layihəsidir, iqtisadi nəzəriyyəsidir, mənəvi hərəkatdır, konsolidasiya nüvəsidir. Avrasiyaçılığa ehkamçılıq, keçmişin avtoritetlərinə və ideologiyalarına kor-koranə itaət yaddır. Avrasiyaçılıq – keçmişin mübahisələrinə, müharibələrinə, konfliktlərinə və miflərinə yalnız tarixi maraq göstərən yeni dünya sakinlərinin ideya platformasıdır. Avrasiyaçılıq – prinsipial olaraq yeni minilliyin yeni nəsli üçün yeni dünyagörüşüdür. Avrasiyaçılıq bəzən bir-biri ilə barışmaz olan və bir-birini istisna edən müxtəlif fəlsəfi, siyasi və mənəvi təlimlərdən ilham alır. Bununla yanaşı, avrasiyaçılığın əsas ideya prinsipləri toplusu var ki, onlardan heç bir halda geri çəkilmək olmaz. Avrasiyaçılığın ən vacib prinsiplərindən biri bürqutblü qlobalist layihəyə qarşı ardıcıl, aktiv və masştablı əks-fəaliyyətdir. Bu əks-fəaliyyət sırf inkardan, yaxud konservatizmdən fərqli olaraq yaradıcı xarakter daşıyır. Biz müəyyən tarixi proseslərin qaçılmazlığını anlayırıq, onları qavramağa, onlarda iştirak etməyə, onlara ideallarımıza uyğun istiqamət verməyə çalışırıq.

Aleksandr Duqin, Avrasiya Hərəkatının rəhbəri

Комментариев нет:

Отправить комментарий