Страницы

09.06.2021

Avrasiyaçılıq əvvəl-axır qələbə çalacaq

Ser Xelford Con Makkinder 1904-cü ildə Kral Coğrafi Cəmiyyətinin iclasında etdiyi “Tarixin coğrafi oxu” məruzəsində Xartlənd konsepsiyasını təqdim etdi ki, bu konsepsiya ona “geopolitikanın atası” şöhrətini gətirdi. Xartlənd adını o Avrasiya kontinentinin Şimal Buzlu okeanından Mərkəzi Avrasiyanin axarsız baseyninə kimi 15 milyon kvadrat kilometr sahəni əhatə edən, “Yerin mərkəzi” və ya “Dünyanın ürəyi” sayılan geniş məkana vermişdi.
“Kim Xartəndə sahiblənəcək, dünyanın ağası o olacaq” – Makkinder bəyan etdi. Amma bu hələ hamısı deyil! Makkinder birmənalı şəkildə göstərdi ki, kim Şərqi Avropanı əlində saxlayır, o da bu “coğrafi oxa” sahiblik edəcək. Şərqi Avropa dedikdə bugünkü Polşa, Belorusiya, Ukrayna və s., konkret olaraq müasir Rusiyanın Avropa hissəsi, daha dəqiq, Rusiyanın Mərkəzi Federal Dairəsi nəzərdə tutulurdu.
Kontinentin mərkəzi hissəsini əhatə etməklə Xartləndin ətrafdakı dənizlərə çıxışı yoxdur- Şimal Buzlu okeanından başqa. Xartləndi dövrələyən və dənizlərə çıxışı olan torpaqlar Rimlənd adlandırılmışdır ki, bu ad da həmin 2 quru məkanda geopolitik prinsip düşmənçiliyindən bəhs edən Nikolas Con Spaykmen tərəfindən ortaya atılmışdır.
Xartləndin üstünlüyü onun mərkəzi mövqeyindədir ki, Şərq ölkələrini (ilk növbədə Çin və Yaponiya) Qərb ölkələri (Qərbi Avropa) ilə əlaqələndirən quru yol logistikanı artırmağa imkan verir. Eyni zamanda bu əlaqələri operativ şəkildə bağlamaq olur- bununla həmsərhəd dövlətlərə ciddi təzyiq göstərmək mümkündür.
Rimləndin üstünlüyü isə onun ucsuz-bucaqsız dəniz sahillərində, isti dənizlərə çıxışlarındır ki, bu kənd təsərrüfatı üçün münbit klimatik şərait yaradır, ən əsası isə bu dəniz ticarəti deməkdir. Dəniz ticarəti coğrafi kəşflər dövründən başlayaraq dəniz dövlətlərinin misli görünməmiş varlanmasına və onların okean flotu hesabına hərbi qüdrətlərini artırmalarına səbəb olmuşdur.
Digər tərəfdən kontinental dövlətlər, ilk növbədə demək olar bütün Xartləndi tutmuş Rusiya quru sərhədləri boyunca bəzən qeyri-dostcasına yanaşan qonşulara malik olmaqla, məcbur qalırdılar ki, öz hərbi güclərini artırsınlar- ilk növbədə müdafiə üçün, ətraf əraziləri tutmaq üçün deyil. Beləcə Xartlənd və Rimləndin qarşıdırması hərbi qarşıdurma ilə tamamlandı. 19-20-ci əsrlər hüdudlarında mütəfəkkirlərin dərk etdiyi bu qarşıdurma indi də artır və dayanmadan güclənir.
Rimlənd öz isti dənizləri, inkişaf etmiş infrastrukturu və daha komfort həyatı ilə Xartlənd ölkələri üçün cəlbedici olaraq qalır. Amma keçən əsrdə görkəmli geopolitiklərin qeyd etdiyi kimi, Rimləndin dominasiya və üstünlüyünün axırı çatıb. Bu bir çox səbəblərdən baş verir, amma geopolitiklər quru yol infrastrukturunun inkişafından yazırdılar ki, dəniz yolundan daha sərfəlidir. Buna parlaq nümunə- bu yaxınlarda Süveyş kanalının qapadılmasıdır ki, yükdaşıyıcılar üçün nəhəng material itkilər hesabına başa gəldi və Rusiya Dəmir Yollarına böyük pullar qazandırdı. Əlbəttə keçmişin geopolitiklərinin Şimal dəniz yolunun inkişaf edəcəyi heç ağıllarına da gəlmirdi, hansı ki ənənəvi dəniz traslarından daha çox gəlir vəd edir. Xartləndin dərinliklərində və düzənliklərində olan bol təbii resurları da unutmaq lazım deyil, hansılar barədə hətta öz sakinləri belə bəzən məlumatlı deyillər.
Bütün bunlar Xartləndi qeyri-adi geopolitik perspektivlə təmin edir, amma bunu reallıqda həyata keçirmək üçün Xartlənddə məskunlaşmış xalqlar gərək vəhdətə gəlsinlər. Bu vəhdətin ilk addımı Gömrük İttifaqının, ardınca isə Avrasiya Birliyinin yaradılması oldu. Bu təşkilatların üzvləri mal daşınması, kapital, işçi qüvvəsi sahəsində əhəmiyyətli dərəcədə iqtisadi üstünlüklər qazanırlar, amma həyata keçirilənlər kifayət dərəcədə deyildir. Təşkilata yeni üzvlər, ilk növbədə Azərbaycan və İran qəbul olunurlar. Bu ölkələr nəzərəçarpan dərəcədə təbii resurslara, əsasən də neft ehtiyatlarına malikdirlər ki, bu da Avrasiya İqtisadi Birliyini sanballı enerji dövlətinə çevirəcək. İttifaqın bol taxıl və işçi qüvvəsi mənbəyinə çevriləcək Orta Asiyanı da unutmaq lazım deyil. Geopolitik planda bu ölkələr Çin və Türkiyənin ekspansiyasına qarşı etibarlı sipər ola bilərlər. Bu sahədə Avrasiya İqtisadi Birliyi faydalı şərtlər hazırlamaqdadır.
Xartləndi təşkil edən ölkələrin iqtisadi inteqrasiyası şübhəsiz ki vacibdir, amma öz coğrafi mövqeyinin üstünlüklərini tam əldə etmək üçün heç də kifayət deyildir. Bir-birindən iqtisadi cəhətcə müstəqil olmaqla bu ölkələr əsas konkurent olan Rimləndin dağıdıcı düşmən təsiri təhlükəsinə məruz qalırlar. Rimlənd indi də bütün gücünü işə salır ki, bizim aramızda təfriqə yaratsın, qurduğumuz strukturları dağıtsın. Bizə daim təlqin edirlər ki, guya Avrasiya Birliyi qeyr-effektivdir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı faydasızdır, Rusiyadan heç kimə kömək gəlməz və s. Qlobal döyüşü udmaq üçün siyasi inteqrasiya, qərarların qəbul edilməsi üzrə vahid mərkəz lazımdır və bunda qərəzkar və təhlükəli nəsə yoxdur. Məsələn, ABŞ-ı götürək: formal olaraq ayrı-ayrı ştat-dövlətlərdən təşkil olunub, amma onlarda bu dövlət-ştatların öz səlahiyyətlərinin bir hissəsini verdiyi federal mərkəz var. Uzağa getməmək üçün Rusiya və Belorusiya dövlətlərinin müttəfiqliyinə baxmaq lazımdır; burda da ümumi hakimiyyət orqanları vardır- Ali Dövlət Soveti, Parlament Məclisi, Nazirlər Soveti və Daimi Komitet. Aydındır ki, indiki halında bu müttəfiq dövlətçilik reallıqdan da çox butafor xarakter daşıyır, amma siyasi iradə ortaya qoyularsa hökmən işlək hala gələcək. Belə konsepsiyanı Avrasiya Birliyinə də aid etmək olar. Qoy müttəfiq dövlətlər əvvəl kifayət qədər ləng olsunlar, amma heçdənsə bu yaxşıdır. Siyasətçilər nə qədər istəyirlər çoxvektorluluqla oynaya bilərlər, iki stulda birdən, hətta daha çox stola oturmağa çalışarlar, amma bu heç nəyə gətirib çıxarmayacaq. Bizim ölkələrin dünyanın ürək hissəsində qərarlaşan coğrafi mövqeyi özü, bizi məcbur edir ki, bir-birimizə can ataq, biz-birimizə arxa duraq. Ki mənfur ayparanın- Rimləndin axırıncı hücumuna sinə gərək və yeni epoxanın- Avrasiya dövranının gəldiyini elan edək.

Aleksandr Krasnoqorski

Комментариев нет:

Отправить комментарий