Страницы

11.06.2021

Azərbaycan ilə Rusiya arasında gömrük götürülməlidir


“Hər bir kartof və ya pomidor yüklənmiş maşına görə Azərbaycan gömrüyü 3 min manat rəsmi və təxminən bu qədər də rüşvət pul istəyir

Azərbaycan və Rusiya sərhədində 1000-dən çox yük maşını dayanaraq tıxac vəziyyətində qalıb.
Səbəb Azərbaycan gömrükçülərinin yaratdığı bir sıra süni problemlərdir.
Bu barədə “Turanskiy ekspress” teleqram kanalı Rusiyanın logirus ru daşınmalar saytına istinadən xəbər vermişdir.
Saytın məlumatına görə Azərbaycandan mal aparan 1000-dən çox yük maşını artıq bir neçə həftədir ki, tıxacda qalmışdır və sərhədi o üzə keçə bilmir.
Bu maşınlar Azərbaycandan Rusiyaya kartof, pomidor və s. kənd təsərrüfatı malları daşıyır.
Gözləməkdən bezən sürücülər bildirmişlər ki, ərzaq mağazalarına və kafeyə getmək üçün uzun məsafəni piyada və ya taksi ilə getmək lazım gəlir, tualet, duş və s. rahatlıqlardan isə söhbət də gedə bilməz.
Vüqar adlı sürücü bildirmişdir ki, isti havada günlərlə tıxacda qalmaq məhsulun məhv olmasına gətirib çıxarır. Nəticədə Azərbaycan istehsalçıları külli miqdarda ziyanla üzləşirlər.
Orxan adlı sürücü “Turanskiy ekspress” kanalının redaksiyasına bildirmişdir ki, hər bir kartof və ya pomidor yüklənmiş maşına görə Azərbaycan gömrüyü 3 min manat rəsmi və təxminən bu qədər də rüşvət pul istəyir: “Əgər məhsulu vaxtında Moskvaya çatdırsaq belə, bu cür biznes öz mayasını güc-bəla ilə çıxarır. Məhsul xarab olarsa, ziyana düşürük. Zəhmətimiz hədər gedir. Belə olmaz. Bizi soyurlar və aşağılayırlar. Bu sərhədləri götürün. Biz öz zəhmətimiz hesabına lap yaxşı yaşayarıq, bu korrupsionerlər isə qoy gedib alın təri ilə yaşasınlar”.
“Turanskiy ekspress” kanalı vəziyyəti şərh edərkən yazır: “Sual yaranır. Bəs belə sərhəd lazımdırmı? Nə üçün? Səhrədə nəzarət edən və ən vəhşi üsullarla bizim sahibkarları və əkinçiləri çapıb talayan çoxsaylı qohum klanların korrupsiya hesabına yaşaması üçünmü?!”

Комментариев нет:

Отправить комментарий