Страницы

03.06.2021

Bu gün saytların baş redaktorun 600 manat qazanmaq imkanı yoxdursa…

Bu gün saytların baş redaktorun 600 manat qazanmaq imkanı yoxdursa…

Medianın İnkişafı Agentliyi onlayn mediaya dəstək layihəsini elan edib.
Agentlikdən apress.az-a verilən məlumata görə, müsabiqədə ictimai-siyasi məzmunlu xəbərlər dərc edən onlayn media subyektləri, idman xəbərləri dərc edən onlayn media subyektləri (veb-saytlar) iştirak edə bilərlər. Bununla yanaşı maliyyə vəsaitinin ayrılması üçün saytların qarşısına agentlik tərəfindən müəyyən tələb və şərtlər də qoyulub.
Bəs görəsən media kapitanları agentliyin bu qərarını necə qiymətləndirirlər?
apress.az məsələni media mənsublarının özləri ilə müzakirə edib.
“Qaynarinfo” portalının baş redaktoru Zahir Əzəmət bildirib edir ki, ilkin olaraq qoyulan tələblər normaldır: “Çünki maliyyə dəstəyi üçün ən minimum tələblər qoyulub və bu tələblərə cavab verə bilməyən xəbər saytının fəaliyyəti texniki olaraq mümkün deyil. Əmək haqqının 600 manat olması tələbi hansısa xəbər saytına maliyyə ayrıldıqdan sonrakı mərhələyə aiddir. Amma ilkin mərhələdə minimum əmək haqqı verə bilməyən sayt onsuz da uzun müddət fəaliyyət göstərə bilməz”.
Onun sözlərinə görə, elan olunan dəstək layihəsində müəyyən məqamlar var ki, onlara yenidən baxılmalıdır: “Qeyd olunur ki, saytın üzərində qüvvəyə minmiş məhkəmə qərarı varsa, müsabiqəyə qatıla bilməz. Bu müəyyən haqlı sullar yaradır. Tutaq ki, hansısa xəbər saytına nə vaxtsa məhkəmə qərarı ilə 100 manatlıq xırda bir cərimə gəlib. Bu o demək deyil ki, həmin sayt müsabiqəyə qatıla bilməyəcək. Bu məqam ciddi suallar yaradır”.
“Yenicag.az” portalının baş redaktoru Aqil Ələsgər qeyd edib ki, layihənin elan edilməsi mühüm addımdır: “Prezident İlham Əliyevin də dəfələrlə deməsinə rəğmən bu məsələdə süründürməçilik edilirdi. Nəhayət ki, Medianın İnkişafı Agentliyi onlayn media ilə bağlı məsələni rellaşdırdı. Təbii ki, burada qeyd olunan şərtlər və tələblər müzakirə oluna bilər. Bu şərtlərin bəzilərinə dəyişikliklərin ediləcəyinə inanıram. Çünki elə şərtlər var ki, müzakirə edilməlidir. Hazırda mətbuatda reklam bazarı yoxdur. Reklam bazarı monopoliyaya alınıb. Azad mətbuat maliyyəsiz qalıb. Heç kimin oxumadığı qəzetlərə böyük maliyə ayrılır. Düzdür, onlayn mediaya ayrılan məbləğ o qədər də böyük deyil. Amma bu da bir dəstəkdir. Yəqin ki, yaxın gələcəkdə bu məbləğ artırılacaq. İlkin başlanğıc olaraq müsbət addım kimi qiymətləndirilməlidir. Obyektiv şəkildə təşkil olunarsa onlayn mətbuatın inkişafına ciddi təsir edə biləcək bir qərar hesab edirəm”.
Sosial Media Mərkəzinin direktoru Azər Niftiyev söyləyib ki, Azərbaycan mətbuatı uzun illər ərzində məmurların marağına xidmət edib. Bir çox hallarda yaranan yeni media resurslarını da məhz bu məqsədlə ərsəyə gətiriblər: “2019-cu ilin dekabrında Azərbaycan mətbuatına inhisarına alan, özünün və ətrafının varlanması məqsədilə istismar edən Əli Həsənov və dəstəsi yola salındı. Bundan sonra böyük ümidlər var idi ki, mediada köklü islahatlar aparılacaq. Əslində bu labüd idi. Lakin Həsənovun gedişindən xeyli zaman ötsə də, biz ciddi islahatların şahidi olmuruq. Təəssüf ki, mətbuatın qeyri-rəsmi şəkildə maliyyələşməsi davam edir və yalnız Həsənovun vaxtında adını siyahılara saldıranlara “yaşıl işıq” yandırılır. Bu həm də onun göstəricisidir ki, ölkə mətbuatının elementar təhililini belə apara bilməyiblər”.
A.Niftiyev əlavə edir ki, Media Agentliyinin xəbər saytlarının maliyyələşdirilməi ilə bağlı qərarına qiymət vermək hələ tezdir: “Bu qərarın nə dərəcədə uğurlu olub olmadığını zaman göstərəcək. Bu sadəcə bir təşəbbüsdür. Uzun illərdir ki, KİVDF-dən maliyyə alan qəzetlərin siyahısı dəyişməz qalırdı. Çox nadir hallarda hansısa yeni qəzetin adı əlavə olunar, yaxud siyahıdan çıxarılardı. Bu gün onlayn medianın maliyyələşdirilməi ilə bağlı irəli sürülən şərtlər kifayət qədər ağırdır. Rəsmi olaraq 600 manat məvacib qarşılığında iki işçinin götürülməsi tələbi var. Bu o deməkdir ki, hər hansı formada qeyri-rəsmi ödənişlərdən məhrum olan saytlar bu dəfə də prosesdən kənarda qalacaq. Və nəticədə dəyişən o olacaq ki, indiyə qədər heç bir maliyyə almayan saytlar bu dəfə də prosesdən kənarda qalacaq. İstənilən halda bunu irəliyə doğru addım saymaq olae. Hesab edirəm ki, bu təşəbbüsün nəticələri haqda danışmaq üçün tezdir”.

Комментариев нет:

Отправить комментарий