Страницы

25.06.2021

Dövlət, cəmiyyət, xalq, hər bir konkret insan ali mənəvi məqsədə xidmət etməlidir. Yer üzündəki yaşamın maddi şərtləri məqsəd ola bilməz və olmamalıdır. Zənginlik və tərəqqi, güclü dövlətçilik və səmərəli təsərrüfat, qüdrətli ordu və inkişaf etmiş sənaye yüksək ideallara çatmaq üçün vasitə olmalıdır. Dövlətə və millətə yalnız “hakim ideyanın” varlığı məna verə bilər. Avrasiyaçılar “hakim ideya”nı ali dəyər kimi nəzərdə tutan siyasi quruluşu “ideokratiya” adlandırırlar – yunanca “idea” “ideya”, “kratos” da “hakimiyyət” sözündəndir. Rusiya hər zaman Müqəddəs Rus dövləti kimi, xüsusi tarixi missiya həyata keçirən güclü dövlət kimi dərk olunub. Məhz avrasiyaçılıq dünyagörüşü gələcək Rusiyanın milli ideyası, “hakim ideyası” olacaq. Bu hakim ideyaya siyasətin, iqtisadiyyatın, ictimai quruluşun, sənaye inkişafının və s. bütün aspektləri tabe etdirilməlidir.

AVRASİYA HƏRƏKATININ PROQRAMI: «İDEOKRATİYA»

Комментариев нет:

Отправить комментарий