Страницы

10.06.2021

Hansı saatda intim əlaqə daha faydalıdır? – Saatlara görə qadın-kişi tələbatı

Seksapatoloqlar çoxdan müşahidə ediblər ki, sutka ərzində müxtəlif saatlarda intim əlaqə bir-birindən çox fərqlənir, hər saat qadın və kişiyə müxtəlif cür təsir edir. Məsələn, eyni nəvaziş, yaxınlaşma metodu səhər qadına bir cür təsir edir, axşam isə bunlara qətiyyən reaksiya vermir. Ona görə seks saata görə dəyişir.
medicina.az saata görə cinsi münasibətlərin fərqini və təsirini təqdim edir.
Saat 6:00-800.
Qadın: Yuxudan oyansa belə, orqanizm intim münasibətə hazır olmur. Çünki yuxu hormonu melotonin hələ yuxarıdır, bədən hərarəti isə yüksəlməyib. Ona görə kişi səhər əlaqədən öncə qadını tələsdirməməli, onu qucaqlamaqla isitməlidir.
Kişi: Əksəriyyəti səhər tezdən seksual aktivliyin pik həddində olur. Çünki bu saatda qanda testosteron maksimal dərəcədə artır. Kişi bütün günün gücünü səhərdən yığır. Səhərlər onun qadının nazı ilə oynamağa vaxtı yoxdur. Tezbazar seks - arzuladığı şeydir. Buna da qadın hazır deyil.
8:00-10:00.
Qadın: Bədən, beyin tam oyanır, seksə hazırdır. Endorfinlər qanda artıb, kiçik həzz kifayətdir ki, qadının ürəyi getsin.
Kişi: O artıq yemək və iş rejiminə keçib. Testosteron düşür, ona görə çarpayıda onu saxlamaq çətin olacaq.
10:00-12:00.
Qadın: Bütün dad, hiss reseptorları aktivləşib, özü belə kişiyə tərəf hərəkətə keçə bilər.
Kişi: Bu saatlarda kişidə düşünmək aktivdir. Ona görə 100 düşünüb, bir biçəcək. Çətin ki, qadını başa düşsün və aktivlik göstərsin. Bu saatlarda seks kişiyə ən lazımsız iş kimi gələcək.
12:00-14:00.
Qadın: Aktivliyi artır, amma bu seks baxımından deyil. Bu saatlarda qadın intim münasibət barədə demək olar ki, düşünmür.
Kişi: Qanda xoşbəxtlik hormonu artıb, ona görə qeyri-adi hisslər, ekstremal seks növü düşünə bilər. Əgər qadının də istəyi olarsa, məhz bu saatda kişilər ən ağlagəlməz hərəkətlərə hazırdır.
14:00-16:00.
Qadın: Bu saatlarda qadının orqanizmi döllənmək, hamilə qalmaq üçün maksimum hazır olur. Ona görə birbaşa, sürətli əlaqə yerinə düşər və etiraz etməyəcək. Bir şərtlə ki, kişinin özündən və ağzından pis qoxu gəlməsin. Çünki hormonlar qadını iyə qarşı həssas edir.
Kişilər: Saat 16:00 radələrində kişi orqanizmi ən keyfiyyətli sperma hasil edir. Ata olmaq istəyənlər bu saatı diqqətdə tutsun. Onsuz da qadında da pik saatdır.
16:00-18:00.
Qadın: Aktivlik sönməyə doğru gedir. Qadın pişiyə çevrilir. Heç bir hərəkət istəmir, sadəcə sığal, xoş söz.
Kişi: Yorğunluğunu sekslə çıxarmaq istəyən kişi döyüşə hazır vəziyyətdədir. Qadını oxşamağa səbri yoxdur. Bu saatlarda qadınla kişi arasında ən çox mübahisə düşən ərəfədir.
18:00-20:00.
Qadın: Eşitmək və danışmaq hissləri aktivləşir. Enerji çatışmazlığı hiss edir, acıyır. Kişini danışdırmaq və müzakirəyə çəkmək istəyir.
Kişi: Seksual oyunlara halı yoxdur. Ancaq yemək, dincəlmək barədə düşünür. Bütün enerjisi həzmetməyə gedir. Qadın onu yedirməkdən başqa bir şey təklif etməməlidir.
20:00-22:00.
Qadın: İntim oyunlar üçün əsl zamandır. Gücü, istəyi var, eksperiment və təkliflərə açıqdır. İndi hər şey kişinin məharətindən asılıdır.
Kişi: O da qadının istənilən arzusunu həyata keçirməyə hazırdır. Sutkanın məhz bu saatında qadınla kişinin hazırlığı üst-üstə düşür.
22:00-00:00.
Qadın: Gecə yarıya doğru onun qanında qəfil melatonin hormonu yüksəlir və orqanizm sönməyə doğru gedir. Hətta o yatmayıb ayaq üstə olsa belə, elə bilin ki, gəzən ölüdür. Ona görə uzaq dursaz yaxşıdır.
Kişi: Maksimum rahatdır, dincəlir, bu anlar qadına uzun-uzun nəvaziş göstərə bilər, tələsmir. Qalan enerji və adrenalini də atmaq və rahat yatmaq üçün seksə tələbatı var, amma təəssüf ki, qadın yuxular aləmindədir.
Gecədən səhərə kimi.
Yarıyuxu qadının bədəni, beyni tam rahat olduğu üçün kişi tərəfindən istənilən hərəkət ona xoş gələcək. Araşdırmalara görə, heç vaxt orqazm olmayan qadınlar elə məzh yarıyuxulu halda münasibət zamanı olur. Amma nə faydası? Kişi çoxdan yatıb və xoruldayır.
Ona görə də çox qadınlar üçün ehtirasın pik həddi olan saat əldən çıxmış olur.

Комментариев нет:

Отправить комментарий