Страницы

25.06.2021

Pandemiya saxtadır, insanları öldürən havaya səpilən kimyəvi maddədir– Həkimin ŞOK AÇIQLAMASI

“Peyvəndlərdə 3 heyvanın- şimpanze meymunu, donuz və siçanın geni var”

"Koronavirus infeksiyası deyilən xəstəlik yoxdur, insanlar kimyəvi silahla xəstələndirirlər, bu maddə hava ilə səpilir. İndiki vaksinlərin tərkibində şimpanze meymunu, donuz və siçan genləri var".
Uzun müddət Moskvada yaşayıb işləmiş psixiatr Abdulla Şıxlınski dünyada bir çox mütəxəssislər kimi pandemiya və koronavirusun varlığına inanmayan və hər şeyin düşünülmüş ssenari olduğuna inanan insanlar qrupuna daxildir.
O Azərbaycanda, əslində, pandemiyaya ehtiyac yaradacaq bir vəziyyətin olmadığını deyir. Deyir ki, nəinki pandemiya, heç epidemiya da olmayıb.
Bəs bu qədər insanın xəstələnib,ölümünə səbəb olan nədir? Psixiatrın açıqlamasını təqdim edir.
“Koronavirus adlanan virus 1950-ci ildən elmə məlumdur, o ağır xəstəlik, özü də belə pandemiya törətmək qabiliyyətinə malik deyil, bu virus impotentdir. İmpotent - yəni heç bir qüvvəsi olmayan.
Bəs yayılan nədir? Bu süni olaraq yaradılmış kimyəvi silahdır. Kimyəvi maddə şəklində hava ilə yayılır, səpilir.
Bəzi mənbələrə görə bu maddənin adı beriliumftolitdir. Bunu deyən alimləri, həkimləri məsxərəyə qoyurlar, ələ salırlar, ciddi qəbul etmirlər, insanlığın düşməni adlandırırlar. Ən mötəbər alimlər, həkimlər artıq bunu sübut edib.
Koronavirus sadə bir virusdur, insan bədənində də, heyvan bədənində yaşayır, həmişə olub, olacaq. Amma o insanı öldürə bilmir. Bunlar hamısı mif və yalandır. Həqiqətdə koronavirus infeksiyası adında xəstəlik yoxdur. Bu kodlaşdırılmış addır.
Koronavirus sadəcə layihənin adıdır. “Koronavirus pandemiyası” layihəsinin məqsədi Yer kürəsi əhalisinin sayını kəskin azaltmaqdır.
Çox sayda insan kimyəvi silahın təsirindən öldü və ya yarımcan oldu, qalanları da vaksinlərin nəticəsində aradan çıxacaq.
İndi tətbiq olunan bütün vaksinlər tərkibcə 3 komponentdən ibarətdir.
Birincisi, heyvan genləridir- şimpanze, donuz və ya siçan. Bu genlər insan DNT-nə yaddır. Bədənə daxil olan kimi immun sistemi kəskin reaksiya verir, çoxlu miqdarda antitellər yaranır və DNT-nin strukturunu dəyişən məlumat göndərilir. Yeni DNT sintez olunmağa başlayır. Antitellər isə bədənin öz hüceyrələrinə qarşı müharibəsinə səbəb olur, buna autoimmun proseslər deyirlər. Öz-özünü məhv etmək prosesi işə salınır.
İkinci komponenti – infeksion xəstəlik törədicisidir. Ona görə çox insanlarda peyvənddən sonra qızdırma yaranır. Bu müxtəlif virus və infeksiyaların törədicisi ola bilər. İkinci dozadan sorna bədəndə infeksion xəstəlik mənzərəsi yaradır. Adam var peyvənddən sonra qrip kimi xəstələnir, halbuki bu pandemya müddətində bir dəfə xəstələnməyib.
Üçüncü komponent isə aylardır dünyanın ağıllı qüvvələri tərəfindən deyilən və digər “ağıllı” professorların da məsxərəyə qoyduğu çip məsələsidir. Maye çip. Deyirlər vaksin maye halındadır, onda orada necə dəmir kimi maddə ola bilər ki? Ağlasığmazdır!
Deyim necə olur. Vaksin bədənə vurulur, bu komponent beynin hematoensefalik baryerini keçir, bura beynin qapısı da deyirlər. Maye çip beyinin orta hissəsində sonradan bərkiyərək oturur, çox mikroskopik bir çipə çevrilir. Bu çipdən daimi mərkəzi sistemə siqnallar göndərilir. Bu proses bəzi yaşlı insanlarda formalaşanda beyin və onurğa beyin sistemini sıradan çıxara və qısa müddətdə iflic ola bilər. Beyin kötüyündə olan mərkəzlər getdikcə öz fəaliyyətini dayandırır.
Bu haqda geniş məlumatı ötən ay məşhur rus alimi, beynəlxalq səviyyədə genetik xəstəliklər üzrə professor Pavel Vorobyev Metropol mehmanxanasında Rusiya alimlərinin pandemiya ilə bağlı dəyirmi masasında açıq-aşkar bəyan etdi. Bu bəyənatı məşhur mikrobioloq Zverev də təsdiqlədi. Onlar vaksinlərin dediyim tərkibdən ibarət olduğunu demiş və insanlığa zərərini açıqlamışdılar.
Avropada da bunu təsdiqləyən çox alimlər var. Həqiqətən də indi insanlara vurulan vaksinlər infeksion xəstəlik, eləcə də impotent koronavirusa qarşı yox, əksinə infeksion xəstəliyi yaratmaq və yaymaq üçün yaradılıb.
Vaksin adlandırılan şübhəli maddə orqanizmdə hiperkoaqulyasiya yaradır. Bu nədir? Qanın damarlarda qatılaşması, tromboz. Vaksin vurdurub səyahətə çıxan bir çox insanlar təyyarə havaya qalxan kimi ürək beyin tutmasından, trombozdan ölüblər. Buna səbəb vaksin olub.
İtaliya, Almaniya, Fransa aviaşirkətləri artıq buna qarşı protesto verib ki, peyvənd olunmuş sərnişinlərdə təyyarə havaya qalxan kimi vəziyyəti pisləşir, biz nə edək?
İnsan vaksininin hazırlanması 25 ildən az vaxta mümkün deyil. Bəzi insafsız, vicdansız, həkimlik adına layiq olmayanları çıxardıb onların dili ilə dünyaya yalan informasiya verirlər ki, 2-3 həftəyə də vaksin hazırlaya bilərik. Belə texnologiya yoxdur. Vaksin hazırlamaq uşaq oyuncağı deyil.
Amma indi insanlara vurulan vaksin olmadığı üçün, bəli onu tez hazırlamaq olar və mən deyərdim ki, o pandemiya oyunundan qabaq hazırlanıb hazır saxlanılmışdı.
Bu gün insanlar reaktiv psixoz vəziyyətinə gətirilib.
İmmun pasportların ortaya atılması 2 ildir ümidləri üzülmüş insanları dalana dirəyib: bu pasport olmasa heç yerə faktiki olaraq gedə bilməyəcəksiz, məscidlərə girə bilməyəcəksiz, ölkəni tərk etmək olmayacaq.
İnsanlar televiziya və kütləvi informasiya vasitələri ilə zombiləşdirilib.
Ümidsiz vəziyyətdə olan insan hər deyilənə inanır. Nə desən razı olur. Bundan da istifadə edib insanları inandırıb, zombi kimi yönəldirlər.
İnsanlar qorxdu ki, gözümün qabağında atam, qardaşım, qonşum öldüsə, xəstəxanalar dolubsa, deməli mən də yoluxub ölə bilərəm.
Bəli, nsanlar ölürdü, amma koronavirusdan yox. Təhlükə var. İnsanların haqqıdır ki, nədən öldüyünü bilsin. Bunu kimsə onlara deməlidir ki, sizi kimyəvi maddə ilə xəstələndiriblər.
Bu gün dünyada nəhəng Biopisxoterror aparılır.
Mən özümü piar etmək üçün bunları demirəm. Əksinə, məni söyürlər. Azərbaycanda çox alimlər, həkimlər bunu bilir, amma məndən açıq danışanı yoxdur. Mən çəkinmirəm. Çox həkimlər isə təəssüf ki, satılıb.
Nə vaxtsa bu baş verənlərin əsl üzü ortaya çıxacaq, gerçəklər açılacaq. Hətta ola bilsin layihənin müəllifləri beynəlxalq tribunala çıxarılıb cavab verməli olacaqlar”. /medicina az/

Комментариев нет:

Отправить комментарий