Страницы

26.06.2021

Soydaşlarımızla fəxr etdiyimiz anlar

Nadir Qocabəyli

Dünən erməni əsilli Ukrayna vətəndaşı, vicdanlı alim-araşdırmaçı, ermənilərin yalanlarını, ingilislərin əlində alət olduqlarını mütəmadi olaraq ifşa edən fb dostum Filipp Ekozyans rus dilində təxminən belə bir status yazmışdı:
"11-ci əsrdə Qafqaza köçüb gəlkdikləri deyilən köçərilər aradan keçən min il ərzində niyə heç yerə köçməyiblər?.." Sual əlbəttə, ritorik, yumoristik və ironik idi... 
Ancaq mən bu sual üzərində dayanmacaq, ona cavab verməyəcəyəm. Çünki Filippin statusunun altına şərh yazan çoxsaylı azərbaycanlılar bu suala xeyli səviyyəli və savadlı cavablar vermişdilər. Odur ki, heç ora da nəsə yazmadım...
Ancaq rusca hələ də bu qədər savadlı yazmağı bacaran, ağıllı, bilikli, mühakiməli, məntiqli soydaşım olduğuna görə fəxr etdim. Və bir daha əmin oldum ki, Azərbaycanın intellektual eltiası, ziyalı təbəqəsi hələ də əsasən rusca oxuyan, yazan və danışan azərbaycanlılardır. Onların adlarına və soyadlarına baxdım, hamısı xalis azərbaycanlı idi... 
Yaxşı mənada paxıllığım tutdu. Dedim, kaş ki, mənim də statuslarımın altına belə səviyyəli şərhlər yazan olaydı, ancaq azərbaycanca. Düzdür, özümü Filip qədər intellektual saymıram. Səbəbi odur ki, azəbaycanca oxuyub Filip səviyyəsində olmaq xeyli müşkül məsələdir. Ancaq arada mən də babat şeylər yazıram, bununla belə səviyyəli polemikalar olmur... 
Baxıram, heç azərbaycan dilində yazılan başqa statusların altında da gözümə dəymir...

https://profliqa.blogspot.com/2020/11/blog-post_62.html?fbclid=IwAR3ZNe6xkcjJcXKJnBLQ_mR-EnS6b22I5ynbOCmY_1Jiw8MKaovuwTCFQbQ

https://ok.ru/profile/558649478042/album/864897252762

Комментариев нет:

Отправить комментарий