Страницы

03.06.2021

USAİD-in rəhbəri xalqımızı və dövlətimizi təhqir edir və burda iş aparır?

Bu həmin Samanta Pouerdir ki, Sorosun dəstəyi ilə yüksək mövqelərə qalxıb, indi də qurumun Azərbaycan üzrə əməliyyatlarına rəhbərlik edir, həddini aşır!
Birbaşa Corc Sorosun nəzarətində olan, eləcə də ABŞ-ın maraqlarını ifadə edən USAİD-in yeni rəhbəri Samanta Pouerin bütövlükdə Türk dünyasına aşkar nifrəti barədə kifayət qədər məlumatlar vermişik. SİA olaraq bu dəfə hiddət doğuracaq daha bir faktı araşdırraraq təqdim edirik.
Onu da xatırlatmaq yerinə düşərdi ki, Samanta Pouer ictimai-siyasi fəaliyyətdə olduğu bütün dövrlərdə Soros tərəfindən maliyyələşib, hətta jurnalistikadakı işi zamanı, yəni hazırkı mövqeyinə qədərki vaxtlardan onun amerikalı milyarderin sevimlisi olması kimsəyə sirr deyil. Eyni zamanda, Pouer daima sorosçuların rəsmi fəaliyyətini əks etdirən ABŞ demokratlarının aparıcı fərdi olaraq onların iqtidarlarının administrasiyalarında çoxsaylı istiqamətlərdə fəaliyyət göstərib və göstərir.
Qondarma erməni soyqırımının tanınması proseslərindən başlayaraq indiyə qədər türkofobiya, ya da ermənipərəst xarakterli bütün layihələrin icraçısının da bu adam olduğu faktlarla, dəlillərlə isbat edilib. Misal üçün, o saxta erməni soyqırımı haqqında yayımlanan filmdə türkləri “faşist” adlandırıb. Amma bu da son deyil!..
Ən acınacaqlı və hiddət doğuran məsələ budur ki, Samanta Pouer 24 aprel tarixində qondarma erməni soyqırımının tanınması gününü özünə ayrıca - özəl gün kimi qəbul edib, hətta “ikinci ad günü” olaraq adlandırıb (?!).
Vətəninə, dövlətinə, ölkə başçısına sadiq, bağlı olan istənilən azərbaycanlı “RƏDD OLSUN USAİD!” şüarını səsləndirər, inanın ki, səsləndirər!
İndi isə bu erməni yanlısının videogörüntü vasitəsi ilə birbaşa Azərbaycana, dövlətimizə və xalqımıza qarşı əsassız ittihamlarla çıxış etməsi, hətta təhqirli ifadələr işlətməsi ümumiyyətlə anlaşılan deyil. Həmin videonu izləyən və Vətəninə, dövlətinə, ölkə başçısına sadiq, bağlı olan istənilən azərbaycanlı “RƏDD OLSUN USAİD!” şüarını səsləndirər, inanın ki, səsləndirər!
Azərbaycan xalqının və dövlətinin 44 günlük Vətən müharibəsində torpaqlarının erməni işğalından azad etdiyi ərəfədə bu fərd faktiki olaraq dezinformasiyalarla dünya ictimai rəyinin fikirini anti-Azərbaycan xarakterli cinaha cəlb etməyə çalışıb.
Samanta Pouerdən Azərbaycana qarşı təhqir dolu fikir: “Bundan da betər barbarlıq mümkündür”.
Videonun əvvəlində isə erməni aşiqi Samanta bunları yazıb: “Bu gün Dağlıq Qarabağ ermənilərinə qarşı zorakılıq haqqında danışdım, o cümlədən azərilərin (?!) mülki ərazilərə hücumlar haqqında. Həyatlar itirilmişdir, və bundan da betər barbarlıq mümkündür. De-eskalasiya üçün ABŞ-ın yüksək səviyyəli diplomatiyasının olmaması anlaşılmazdır. Zaman son dərəcə əhəmiyyətlidir”.

Videoya aşağıdakı linkdən baxa bilərsiniz:

https://twitter.com/SamanthaJPower/status/1313652830142492673

Məgər bir fərdin bizə - dövlətimizə, xalqımıza qarşı bundan artıq düşmənçilik münasibətini sübut etməyə ehtiyac qalırmı?! Axı, fakt budur ki, Samanta Pouer birbaşa demokrat administrasiyasının adamıdır və onun dediyi hər kəlmə, hər ifadə rəsmi hesab oluna bilər. Üstəlik, o, USAİD-in Azərbaycandakı fəaliyyətinə birbaşa (!) nəzarət edir, koordinasiya işlərini həyata keçirir, plan-tərtiblər qurur və s.
Və belə olan halda ona dövlətimizi, xalqımızı təhqir dolu ifadələri ilə hədəfə alması ixtiyarının kimlər tərəfindən verilməsi istər-istəməz suallar doğurur.
Suallar yaranır ki, USAİD-in Azərbaycanda qalmasını dəstəkləyən qüvvələr kimlərdir? Axı indi bu “xanım” USAİD-in rəhbəridir və bizim Vətən uğrunda, torpaqlarımız uğrunda canlarını verən övladlarımızı “vəhşi” (?!) adlandıran bu sərsəm ünsürün rəhbərlik etdiyi təşkilatın axı sonrakı vaxtlarda da ölkəmizdə qalmasına nə zərurət var? Ya da USAİD-in Azərbaycanda nə işi var?
Artıq USAİD-in ölkəmizdən rədd olub-getməsinin vaxtı çatmayıbmı?
Yoxsa bu sorosçu qrup və onun rəhbəri bundan sonra da bizləri təhqir hədəfinə gətirməyə davam edəcək?!

Rövşən RƏSULOV                     sia.az

Комментариев нет:

Отправить комментарий