Страницы

05.06.2021

Valeri Korovin,
“KONTİNENTAL AVRASİYA İMPERİYASI QURACAYIQ”:

Hindistan özü-özlüyündə bir kontinentdir, baxmayaraq ki, onun geopolitik təsir dairəsi elə Hindistanla və Hind okeanının kiçik bir zonası ilə məhdudlaşır... Hind okeanına geopolitik nöqteyi-nəzərdən nəzarət etmək 21-ci əsrdə planetin geopolitik strukturunu müəyyən etmək baxımından həlledici əhəmiyyətə malikdir. Hind okeanı Atlantik və Sakit okeanlarının arasında yerləşdiyinə görə bir növ “mərkəzi okean” rolunu oynayır. Bu okeana nəzarət etmək həm Atlantikaya, həm də Asiya-Sakit Okean regionuna azad giriş və nəzarət imkanı yaradır. Belə bir nəzarəti əldə etmək Rusiya üçün xüsusilə aktual məsələdir. Axı həm Atlantika, həm də Sakit okean regionu bu gün ABŞ-ın prioritet nəzarəti altındadır. Amerikanın ora birbaşa girişini ləğv etmək regionun bütövlükdə sakitləşməsi və stabilləşməsinə gətirib çıxaracaq. Vladimir Putinin sözləri ilə desək, iki dövlət arasındakı münasibətlərin inkişaf etdirilməsi adi iş deyil, bu tale məsələsidir.

Комментариев нет:

Отправить комментарий