Страницы

05.06.2021

Valeri Korovin,
“KONTİNENTAL AVRASİYA İMPERİYASI QURACAYIQ”:

Hindistanla əlaqələrimizi möhkəmləndirə bilsək, onda şahmatda olduğu kimi “ferz” ilə vurub birbaşa Hind okeanı sahillərinə çıxa bilərik. Təkcə bunu etməyimiz kifayətdir ki, bizim dünyadakı hadisələrə təsir gücümüz dəfələrlə artsın, Hind okeanına maneəsiz nəzarət edən ABŞ ilə bərabər səviyyədə geopolitik oyunçuya çevrilək... Bu gün Hindistan hərbi-texniki əməkdaşlıq sahəsində Rusiyanın ən aparıcı partnyorlarından biridir. Hindistana silah və hərbi texnikanın verilməsi, müəssisələrində Rusiya silahlarının lisenziyalı istehsalı, ərazisində hərbi infrastruktur obyektlərinin yaradılması, hindli hərbi kadrlarının Rusiya hərbi məktəblərində hazırlanması, strateji stabilliyin vəziyyətini də əhatə edən daimi informasiya mübadiləsi buna sübutdur. Əgər Rusiya ilə Hindistan arasında əməkdaşlıq gələcəkdə də bu tempdə inkişaf edərsə, istisna deyil ki, Hind okeanındakı bayraqlar bir anın içində başqa bayraqlarla əvəzlənəcək.

Комментариев нет:

Отправить комментарий