Страницы

15.06.2021

Valeri Korovin, “RUSİYA İRANA NÜVƏ SİLAHI YARATMAQDA KÖMƏK EDƏCƏK”:
“ABŞ-ın birqütblü dominantlığa can atdığı, bütün dünya dövlətlərinə öz iradəsini qəbul etdirməyə çalışdığı bir şəraitdə İranın yürütdüyü siyasət birqütblü dünyaya qarşı müqavimət, heç olmasa çoxqütblü dünya vektorunu təyin etməyə cəhd kimi qiymətləndirilməlidir. Rusiyanın son 10 ildə açıq şəkildə aktiv mövqe sərgiləmədiyi (ondan əvvəl isə Qərbə meyl etdiyi) bir dövrdə İranın bu cür davranışı sadəcə qəhramanlıqdır. İran ABŞ-ın iradəsinə cəsarətlə sinə gərən, öz suverenliyini və müstəqilliyini açıq bəyan edən bir dövlətdir. Əlavə olaraq onu deməliyik ki, İran ABŞ ilə təkbətək mübarizə aparmaqla həm də bizim maraqlarımızı qorumuş olur. Bizə Hind okeanına çıxmaq lazımdır. Və İran müqavimət göstərdiyi müddətdə bizim də Hind okeanına çıxmaq şansımız yaranır. Məhz bu amerikanları qıcıqlandırır və qorxudur. Rusiya özünü toparlayıb cənub istiqamətindən necə hücuma keçəcək? Bax Amerikanı narahat sual budur. Ona görə də tələsir – İraqla və Əfqanıstanla olduğu kimi İranı da həmin qanlı ssenari üzrə öz nəzarəti altına almağa çalışır. 
ABŞ-ın hərəkətləri təsdiqlənmiş geopolitik sxemə uyğundur: bəhanə tapmaq, suveren dövlətin işlərinə qarışmaq, onu suverenlikdən məhrum etmək, öz nəzarəti altına almaqla böyük Avrasiya məkanından yeni ərazilər qoparmaq. Belə bir şəraitdə İran faktiki olaraq çöxqütblü dünya uğrunda təkbaşına mübarizə aparır.
Yaranan vəziyyəti təhlil edərkən başa düşürsən ki, əgər ABŞ İrana hücum edib onun suverenliyinə son qoysa, onda növbəti hədəf Rusiyanın özü olacaq. “Anakonda”nın həlqəsi tamamilə bağlanacaq. Amerikanın təkbaşına hegemonluğunun final mərhələsi – Rusiyanın müstəqilliyinə son qoyulması, onun süqutu, ümumiyyətlə geopolitik subyekt kimi dünya xəritəsindən silinməsi başlayacaq. Nə qədər gec deyil, bu təhlükəni dərk etmək lazımdır. Rusiyanı qoruyub saxlamaq istəyiriksə, ən azından İrana kömək etməliyik. İdealda isə çoxqütblü dünya qurmaq uğrunda mübarizəyə qoşulmalıyıq”.

Комментариев нет:

Отправить комментарий