Страницы

02.06.2021

Xəbərləri paylaşan hər bir sosial şəbəkə istifadəçisinin bu uğurda payı var

"The New York Times" qəzeti sionist rejiminin Fələstinə qarşı apardığı son 11 günlük müharibədə Qəzzada şəhid olan müsəlman uşaqların şəkillərini dərc edib.
Bu dünya mediasında və sosial şəbəkələrdə İsrailin etdiyi cinayətlərin geniş şəkildə dərc olunmasının, paylaşımların, xəbərlərin şəffaf şəkildə yayılmasının qarşısını alan, ABŞ və bütün dünya mediasını əlində cəmləşdirən sionizmə qələbə deməkdir.
Çünki bütün dünya və eləcə də ABŞ xalqı bu cinayətlərdən xəbərdar olduğu üçün ABŞ-ın məşhur media orqanları öz nüfuzlarını itirməmək üçün belə xəbərləri dərc etmək məcburiyyətində qalırlar.
Bu cür xəbərlərin dünya mediasında yer almasında, Fələstinin məzlumluğu və İsrailin cinayətləri barəsində xəbərləri paylaşan hər bir sosial şəbəkə istifadəçisinin payı var.
Bu haqqın və ədalətin qələbəsi və sionizmin məğlubiyyəti deməkdir.

Akşin Məmmədov

Комментариев нет:

Отправить комментарий