Страницы

18.07.2021

Allah Azərbaycanı Türkiyənin şərr oyunlarından qorusun!

Hüsamə Bin Sərxan

Ərdoğanı Azərbaycanda milli qəhrəmana çeviriblər.
Bu adamın bəhs etdiyi "mötəşəm" Türkiyə varmı?
Ərdoğan Türk dövlətinin "tapusun" ingilisə satıb, üstəlik "ipoteka" şərtləriylə də ingilisdən asılı vəziyyətdədir.
Mən başa düşmürəm, hər şeyini itirmiş, vətəndaşına və dövlətinə heç nə verə bilməyən Ərdoğan və ərdoğançılar, - Azərbaycan millətindən və dövlətindən nə istəyirlər?!
Əgər DİRİLİŞ ƏRDOĞAN bu qədər güclü və ədalətlidirsə, yaxşı olar əvvəlcə öz daxili problemlərini həll etsin.
Onun yalan-palanlarına, timsah göz yaşlarına, mənasız islamçılıq və turançılıq ritorikasına inanmaq, əhəmiyyət vermək, ən azından əbləhlikdir.
Öz dövlətinə və millətinə qəpiklik xeyri dəyməyən bir cümhurbaşqanının, başqa türk dövləti və millətləri üzərindən oynayaraq Böyük Türk İmperiyası bəyanatları siyasi dələduzluqdur.
Ən pisi də odur ki, həm Ərdoğan iqtidarı və Cümhurittifaqı, həm müxalif CHP lideri və millətittifaqı bir əldən, - yəni, ABŞ və İngiltərədən idarə edilir.
Həm Cümhurbaşqanı Ərdoğana, həm ana müxalifət liderinə kompramat ötürənlər isə anqlosakslardı.
Məsələn, ABŞ və İngiltərə, nə də Ərdoğan türk millətinin "128 milyard dollar nərədə" sualına cavab vermir. Pis odur ki, ana müxalifət və millətittifaqı da 128 milyardın hansı təyinat üçün "oğurlandığın" bilmir. Çünki həm iqtidarı, həm müxalifəti idarə edən xarici güclər məsələnin mahiyyətin açmaq istəmirlər.
Səbəb isə çox sadədir: türk toplumun parçalayıb, dünyanın ən bərbad və bədbəxt cəmiyyətinə çevirmək.
Ərdoğan döşünə, Kıllçdaroğlu dalına döyüb "biz varıq" deyirlər. 
Vallahi-billahi, heç biri yoxdu, hər ikisi bir-birindən də pis betərdi.
Allah azərbaycanıları bunların şərr oyunlarından qorusun!

Комментариев нет:

Отправить комментарий