Страницы

02.07.2021

AVRASİYA HƏRƏKATININ PROQRAMI: NEOAVRASİYAÇILIQ

“Yerli inkişaf” və “coğrafi determinizm” tezisləri fundamental baza paradiqmal mənası qazanır, “məkan təfəkkürü” ilə, “sinxronizm” ilə, “universal tarix” ideyasından, bütövlükdə tarixilikdən imtina ilə birləşir. Neoavrasiyaçılıq “məkan” mövqeyindən fəlsəfə tarixinin total reviziyası ideyasını irəli sürür. Burda İ. Danilevskidən tutmuş O. Şpenqlerə, A. Toynbiyə və L. Qumilyova qədər tarixə dövri baxışın ən müxtəlif modelləri ümumiləşir. Bu prinsip daha dolğun ifadəsini “evolyusiya” və “proqress” ideyalarını radikal surətdə rədd edən ənənəçi fəlsəfə kontekstdə tapır və bu rəddetməni müfəssəl metafizik haşiyələrlə açıq şəkildə əsaslandırır. “Kosmik tsikllar”, “yaşamın çoxluq halı”, “sakral coğrafiya” və s. ənənəçi nəzəriyyələr burdandır. Tsikllar nəzəriyyəsinin əsas prinsipləri R. Qenonun (və onun ardıcıllarının – Q. Jorjel, T. Burkxardt, M. Eliade, A. Korben) əsərlərində geniş şəkildə təqdim olunur. “Tarixi” ya bilməyən, ya da onu öz ayinləri və “əbədi geri qayıdan” mifləri qarşılığında hədər sayan “ənənəçi cəmiyyət” anlayışı tam şəkildə reabilitasiya olunur. Rusiya tarixinə sadəcə yerli inkişaflardan biri kimi deyil, “müvəqqəti” sistemlərə (“Qərb”) qarşı qoyulan “məkan” sistemlərinin (“Şərq”) avanqardı kimi baxılır.

Комментариев нет:

Отправить комментарий