Страницы

02.07.2021

AVRASİYA HƏRƏKATININ PROQRAMINDAN:

Qərbdə geopolitik ideyaların inkişafının uçotu Makinder, Xausxofer, Loxauzen, Spikmen, Bjezinski, Tiriar və başqaları ilə bağlıdır. Geopolitika elmi Makinderin dövründən başlayaraq ciddi inkişaf edib. 20-ci əsr tarixində geopolitik qanunauyğunluqların rolu özünü o dərəcə aşkar təsdiqlədi ki, geopolitika müstəqil fənn oldu. Gepolitika çərçivəsində “avrasiyaçılıq”, “Avrasiya” anlayışları yeni, əvvəlkindən daha geniş mahiyyət qazandı. “Avrasiyaçılıq” geopolitik anlamda müəyyən dövrlərdən başlayaraq Rusiya ətrafında və ya onun genişləndirilmiş torpaqlarında yaradılmış və əks geopolitik qütbün – 20-ci əsrin ortalarından etibarən İngiltərənin yerinə ABŞ-ın başçılıq etdiyi “atlantizmin” strateji təşəbbüslərinə qarşı mübarizə aparan strateji blokun (mövcud, yaxud potensial) kontinental konfiqurasiyasını ifadə etməyə başladı. Avrasiyaçı rus klassiklərinin fəlsəfəsi və siyasi ideyası belə bir situasiyada “avrasiyaçılığın” strateji və geopolitik mənada daha ardıcıl və tutumlu ifadəsi (əlavəsi) kimi başa düşüldü. Geopolitik tədqiqatların inkişafı sayəsində (A. Duqin, “Geopolitikanın əsasları”, Moskva, 1997) avrasiyaçılıq inkişaf etmiş metodoloji sistemə çevrildi. Quru-Dəniz cütlüyünün mahiyyəti (Karl Şmitt tərzində), bu cütlüyün din tarixindən tutmuş iqtisadiyyata qədər çoxölçülü hadisəyə proyeksiyası xüsusilə fərqləndirildi.

Комментариев нет:

Отправить комментарий