“İranda islam inqilabı baş verərkən NATO Əfqanıstana girməyə hazırlaşırdı. İslam inqilabı nəticəsində İran Amerikanın nəzarətindən çıxmışdı. İnqilab möhkəmlənməyə macal tapmamış onu beşikdəcə boğmaq istəyirdilər. Həmçinin geopolitika qaydalarına görə Əfqanıstanı götürən güc bütün Orta Asiyaya nəzarət edə biləcəkdi. SSRİ bir neçə gün də geciksə idi, Əfqanıstana SSRİ yox, NATO girəcəkdi. Bununla da İran dövlətinin suverenliyi yeni böyük təhlükə ilə üz-üzə qalacaqdı. İran çox güman ki NATO kimi bir gücün Əfqanıstandan gələn təsirinə tab gətirməyib məhv olacaqdı. Çünki bir tərəfdən İranın başına İraq bəlasını açmışdılar. Çoxları başa düşmür ki, ruslar Əfqanıstana girməklə faktiki olaraq İranı məhv olmaqdan xilas etdilər. Düzdür, SSRİ Əfqanıstana girməklə Cənub sərhədlərinin təhlükəsizliyini həm Orta Asiyadan, həm də Cənubi Qafqazdan qorumuş oldu, amma əsas faktor odur ki, SSRİ-nin Əfqanıstana girməsi İranı böyük bir fəlakətdən qorudu. İran məhz bu tarixi fürsətdən istifadə edib inkişaf yoluna qədəm qoydu. İran dövləti bu gün ayaqda qalmasına görə məhz ruslara borcludur. Amma əvəzində nə oldu? Əfqanlar rusların ölkədən qovulması üçün mübarizəyə qalxarkən İran onları silahlandırdı və dəstək verdi. Hətta İranın o vaxtkı dini rəhbəri Rusiyanı ABŞ-dan sonra “ikinci şeytan” adlandırdı”.
Комментариев нет:
Отправить комментарий