Страницы

19.07.2021

Demokratiyanın göbəyi olan ABŞ cinayətin və kasıblığın ən çox yayıldığı ölkədir

Əli Məhədzadə

Dünyanın ən demokratik ölkəsi kimi tanınan, insan hüquqlarının dırnaqarası qorunduqu ölkə olan, amma dünyaya demokratiya dərsi vermək istəyən ABŞ-ın baxaq görək öz daxilində kriminal, oğurluq, narkotik və qəsb faizi nə qədərdir.
Demokratiyanın göbəyi olan ABŞ-da cinayət 5 qrupa bölünür:
1) Qəsb və ağır qəsb;
2) Silahlı hücum və oğurluq;
3) Zorlama və qadın alveri;
4) Narkotik satışı;
5) İrqçi daxili münaqişələr.
Bunları məkanlar üzrə təsnifləndirək.
1) Sent Luis şəhəri (Missuri ştatı) — ABŞ-ın ən təhlükəli şəhəridir. Hər 100 000 insandan 1817-si cinayətin və zorlamanın qurbanı olur. Adam öldürmək üzrə nəinki ABŞ-ın, dünyanın ən təhlükəli şəhəridir. Fahişəliyin və işsizliyin ən yüksək olduğu şəhərdir.
2) Detroit şəhəri (Miçikan ştatı) — hər 100 000 insandan 1759-u cinayət qurbanı olur. İnsan alverinin və narkotik satışının ən yüksək olduğu şəhərdir.
3) Memfis şəhəri (Tenessa ştatı) — hər 100 000 insandan 1740-ı cinayət və qəsb qurbanı olur.
4) Milvauke şəhəri (Viskonsin ştatı) — hər 100 000 insandan1596-sı cinayət qurbanı olur. Zorlama, adam öldürmək və oğurluq üzrə ABŞ-ın ən yüksək cinayət faizi olan şəhərlərindən biridir.
5) Baltimore şəhəri (Maryland ştatı) — hər 100 000 insandan 1536-sı cinayət qurbanı olur. Narkotikin və qəsbin ən geniş yayıldığı şəhərdir.
6) Oukland city (Kaliforniya ştatı) — bu şəhər 50 ildən çoxdur cinayətlə problemlidir. Hər 100 000 insandan 1442-si cinayət qurbanı olur və oğurluq faizi çox yüksəkdir.
7) Kanzas city (Missuri ştatı) — hər 100 000 insandan 1417-si cinayət qurbanı olur.
8) Stocktoun şəhəri (Kaliforniya ştatı) — qəsb halına görə ən yüksək şəhərdir. Hər 100 000 insandan 1352 nəfər cinayət qurbanı olur.
9) Klevlend şəhəri (Ohio ştatı) — kasıblıq və işsizlik faizinə görə ən yüksək ştatdır. Hər 100 000 insandan 1334 nəfər qətl və cinayətin qurbanı olur.
10) İndianapolis şəhəri (İndiana ştatı) — hər 100000 insandan 1288-i cinayətin qurbanı olur.

Комментариев нет:

Отправить комментарий