Страницы

10.07.2021

İranofobların və rusofobların qarnına yenə ağrı düşüb

Cəmil Şirvanov

Taliban nümayəndələrinin əvvəlcə Tehranda olması iranofobların, ardınca Moskvada olması isə rusofobların qarnına ağrı salıb.
Deyirlər ki, “niyə Taliban hər iki ölkədə terrorçu təşkilat kimi tanındığı halda rəsmi Tehran və Moskva onları dövlət səviyyəsində qəbul edir, danışıqlar aparır?”
Pah!
“Onlarla yazışmaq belə məsuliyyətə səbəb olur. Bu nə ikili standartlardır belə?”
İbarələrüvüzə quzum kəsim sizün! Özüvüzə sərf eləyəndə maşallah üyüdüb tökürsünüz!
İndi kişilər guya öz aləmlərində İranda və Rusiyada oşibka tutublar!
Talibanı yaradıb bütün dünyanın canına vəlvələ  salan, sonra onu terrorçu adlandırıb bütün dünyaya bunu qəbul etdirən, Əfqanıstanı terrorçu “Talibanla müharibə aparırıq” deyə işğal edib 20 il sömürən, milyondan çox adam öldürən ABŞ Əfqanıstandan çıxarkən Talibanla danışıqlar aparıb müqavilə bağlayanda ikili standartlar olmur, amma qan tökülməsin, regionda yeni müharibə başlamasın deyə regionda kifayət qədər böyük güc olan Talibanla danışıqlar aparan İran və Rusiyanın hərəkəti ikili yanaşma olur? Eləmi, qaqa, eləmi?
Dünyanın 2 ən güclü geopolitik məntiqə əsaslanıb siyasət yürüdən dövlətini idarə edənlər sizin qədər də bilmirlər?
Oturmusuz yumşaq oturacaqda, kondisionerli ofisdə, ABŞ səfirliyindən gələn qrant pulu ilə aldığınız pivədən vura-vura 100 milyonlarla əhalini idarə edən siyasətçilərdən “oşibka” tutursunuz!
Dincəlün a kişi!
Belə ciddi məsələlər sizlik deyil.
Siz yaxşı olar ki, profilininizi dəyişəsiniz.
Xilllari xalanın kurasiyasında olan LGBT hüquqlarının müdafiəsi üzrə beynəlxalq strukturlara keçin. Kişi işlərinə qarışmayın!

Комментариев нет:

Отправить комментарий