Страницы

23.07.2021

Medianı zəbt etmiş bir bölük boşboğaza cavab

Qəmər Cavadlı

Bu istidə heç yazmaq istəmirdim, amma son günlərin hurrey yazıları məni yazmağa məcbur etdi. Diqqətimi çəkən məqam siyasətdən və dindən əsla xəbəri olmayanların "unikal" fikirlər yürütmələridir. Əvvəla, hər kim din və siyasətin fərqli olduğunu düşünürsə, onun nə dindən, nə də siyasətdən anlamadığını yəqin etdim. Siyasət təkcə siyasətçılərin işi deyil, dünya praktikasında dini siyasət, mədəni siyasət, xalq siyasəti, hətta idman siyasəti də mövcuddur. Məsələn, Amerikanın Çin ilə münasibətləri gərgin olduğu zamanda məşhur "tennis siyasəti" nəticəsində vəziyyəti sabitləşdirmək mümkün olmuşdur. Elə bizim öz tariximizdə xalq siyasəti zamanında ermənilərlə barış-görüş olmağımıza səbəb olub. Konsertlər, sərgilər və sair mədəni tədbirlər siyasi addımların bir formasıdır. Bu işin bir tərəfi..
Bir sual da məni çox maraqlandırır: əcəba öz müsəlman din xadiminə qarşı bu qədər kəskin olanlar erməni keşişi əleyhinə nəsə yazıblarmı?
Şeyxə aş-qara yeyib siyasətə qarışmamağı "məsləhət" görənlərə məsləhətim budur ki, bilmədikləri sahəni öncə yaxşı öyrənməyə səy göstərsinlər. Gərək ki musiqiçilərin də siyasətə və dinə qarışmağı, jurnalist olmayanların ədəbi redaktəyə möhtac yazılarla sosial medianı zəbt etməsi eyni xətalardır. 
Sonda ..

Bir bölük boşboğazıq, heyvərəlik adətimiz
Doludur lənət ilə, qeybət ilə söhbətimiz
Oxumaqdan payımız yox, yazıdan qismətimiz
Bu avamlıqda belə hər sözü təfsir edəriz
Mümkün olduqca müsəlmanları təkfir edəriz...

Məncə Sabirin sizin haqqınızda dediklərinə ehtiramla yanaşarsınız.

Комментариев нет:

Отправить комментарий