Страницы

05.07.2021

Qazı əsl ağalarına - Qərb imperialist dairələrinə göndərəcəklər

Akşin Sultanov

Qazın qiymətinin qaldırdıqları qayda düşündürür.
Belə ki, bu qayda ilk növbədə əhali tərəfindən qaz istehlakına qənaət etməyi təşviq edir. 
Sovet sosializmindəndən alayarımçıq qalma tək-tük qaydalardan biri - təbii resursların xalqa məxsus olmasıdır.
Mövcud qanunvericiliyə görə qaz Azərbaycan xalqının mülkiyyətidir. Amma sözsüz ki, bu, sözdə belədir.
Əməldə isə Azərbaycanın milli-vətənpərvər kapitalist sinfi o cümlədən həmin bu qazdan, neftdən gələn gəliri müxtəlif üsullarla mənimsəyərək formalaşdı.
Xalqın malı olan qazı xalqın özünə "atırlar".
Həm sayğacları istədikləri kimi "fırladırlar", həm qaza hava vururlar, həm təmizlənməmiş qazı satırlar... Ki, keçən ilə qədər bu, ölümlərə səbəb olurdu.... 
Üstəlik, indi deyirlər ki, bütün bu zülmlər azdı, qazı da çox istehlak etməyin... Çünki bunlar qazı Avropa ölkələrinə söz veriblər...
Kimə söz veriblər? Qərb imperialist dairələrinə - əsl ağalarına. Azərbaycan qazı, Türkmənistan qazı və s. - hamısı Avropaya getməlidir və Qərbin Rusiya qazından asılılığı minimuma endirməlidir.
Planeti idarə edən və Azərbaycan kimi 3-cü dərəcəli ölkələrdə hakimiyyəti təyin edən qüvvələrin xətrinə azərbaycan xalqı qışda qızınmaq üçün ya istifadə etməməlidir, ya da boğazının tikəsindən kəsməlidir.

Комментариев нет:

Отправить комментарий