Страницы

03.07.2021

Silahlı çevrilişlə hakimiyyətə gəlib, silahlı çevrilişlə hakimiyyətdən qaçan bir bəyin demokratiyası


Azərbaycan tarixinin son otuz ili bu şəkildə öz əksini tapıb.
Burda nələr var?
Burda "patı qoyan gənclik" var.
Burada Bakı-Ceyhan var, BP var.
Burda Üçüncü dünya ölkəsi, müstəmləkə, neft, qan, ərazisinin iyirmi faizini itirmiş, dombalmış, sınıxmış, təntimiş bir ölkə var.
O ölkə ki başdan ayağa əzablardan yoğrulub.
Nefçilər körpüsünün altındakı qul bazarını, ora yığışan, axşam evinə bir tikə çörək aparamaq üçün mübarizə aparan insanları görmüsünüz? Görməmisinizsə, gəlin, gəlin bu şəkilə baxın.
Siz bu şəkildə dünyaya analoqu olmayan demokratiya dərsi kimi də baxa bilərsiniz.
Silahlı çevrilişlə hakimiyyətə gəlib, silahlı çevrilişlə hakimiyyətdən qaçan bir bəyin demokratiyası.
Hansı ki ən xırda tənqiddə belə adamın var-yoxunu sıraya çıxara biləcək insanların demokratiyası idi bu. İsgəndər Həmidovu hamınız xatırlaya bilərsiniz.
Nə iə çox uzatmaq istəmirəm. Azərbayacan elə bir yerdir ki, burda hər cür oğraşlığı "niyyəti başqa idi" bəhanəsi ilə ört-basdır etmək olar.
Əbülfəz Elçibəy mahiyyətcə yaxşı insan ola bilər, amma bu mənə maraqlı deyil. Biz həmişə bir şeyi niyəsə anlamaq istəmirik ki, siyasi fiqurun yaxşı, yaxud da pis insan olmasının heç bir əhəmiyyəti yoxdur. Yaxşı insan evinin içində olsun. Çöldə qanun, qayda, sivil, bəşəri dəyərlər vacibdir. Elçibəy bu anlayışların heç birini özündə cəmləşdirə bilməmişdi.
Gedər ayaqda edə biləcəyi ən son "yaxşılığını" edib getdi.
Kim təşəkkür etmək istəyirsə, minnətdarlıq duyğusu duyursa buyursun, öz işidir, amma bağışlayın, bir az da inandığınız həqiqətlərin laxlanması lazımdır ki, ölmədiyinizi, nəfəs aldığınızı görəsiniz.
Əksi - ətalətdir.

Aftandil Babayev

Комментариев нет:

Отправить комментарий